Sizin Reklam Burada
Xəbər lenti
22-11-2024
21-11-2024
BÜTÜN XƏBƏRLƏR

"Boş evə getdik, dedim, qurban olum, eləmə , dedi ki, sənlik deyil" - VİDEO

Tarix: 13-01-2017 13:36     Baxış: 5505 A- / A+
 "Boş evə getdik, dedim, qurban olum, eləmə


Abşeron rayon polis idarəsinin əməliyatçıları paytaxtın müxtəlif yerləində oğurluq hadisələri törətməkdə şübhəli bilinən 5 nəfəri saxlayıblar.

ARB TV xəbər verir ki, bunlar 3 market və 1 məktəbdən oğurluq etməkdə təqsirli bilinən 18 yaşlı Nicat İmanov, 19 yaşlı Vüsal Məsimov, 21 yaşlı Bəhman Sevdimalıyev, 26 yaşlı Səbuhi İmanov və bir yeniyetmədir.

Saxlanılanların istintaqa ilkin ifadəsinə əsasən hadisənin əsas səbəbkarı Bərdə rayonunda qeydiyyatda olub, Saray qəsəbəsində yaşayan Səbuhidir.

Səbuhi İmanov - saxlanılan şəxs: "Hasardan tullandım, pəncərədən içəri girdim. Kompüterləri götürüb iki-iki apardım, hərəsini 200 manata satdım. Marketə də girmişəm. Şüşəni kəsib girdim içəri. 100 manatlıq siqaret, 10 dənə enerji içkisi götürdüm".

18 yaşlı Nicat İmanovun isə hadisədə əsas işi əmisi oğlu Səbuhinin əməlinə gözətçilik etmək olub.

Nicat İmanov - saxlanılan şəxs: "Səbuhi dedi ki, gedək. Mən də hasardan çöldə dayandım. Bilmədim necə elədi, açdı qapını, 4 dənə kompüter gətirmişdi. Apardıq, bir boş evə qoyduq. Dedi ki, mağazaya gedirəm. Mağaza adı ilə evdən çıxdı. Gedib kompüterləri satıb. Sonra gəldi, 30 manat pul verdi mənə".

Dəstənin daha bir üzvü Vüsal isə məktəbdə mühafizəçi işləyib. Onun sözlərinə görə, Səbuhinin 4 kompüter aparmasını eşidəndə, "qırılan qoşundandır" deyib, üçünü də o oğurlayıb.

Vüsal Məsimov - saxlanılan şəxs: "Məktəbdə mühafizəçi idim. Açarlar məndə idi, girdim, 3 dənə kompüter götürüb çıxdım. İkisini aparıb 360 manata satdım. O birisini neçəyə satdığımızı Bəhram yaxşı bilər".

Bəli, Vüsalın fikrincə Bəhram yaxşı bilər. Amma Bəhramın fikrinə gəlincə... törədilən əməl artıq-əskik imiş.

Bəhram Sevdimalıyev - Saxlanılan şəxs: "Vüsala dedim ki, artıq-əskik hərəkət eləmə. Mənə dedi ki, narahat olma. Sonra kompüter otağının açarını götürdü. Dedim ki, qurban olum eləmə. Dedi ki, sənin nəyinə lazım? Tutulsam, deyəcəm ki, mən eləmişəm, sənin günahın yoxdur".

Əslində isə sözün əsl mənasında günahkar olan dəstə üzvləri Saray qəsəbəsində Validə Babayevaya məxsus ərzaq dükanından 400 manat, marketdən 600 manat, Saray qəsəbə sakini Ceyhun Məmmədova məxsus mağazadan 1000 manat dəyərində müxtəlif ərzaq məhsülları oğurlamaqda təqsirli bilinirlər.

Aşkar olunan faktlarla əlaqədar Abşeron rayon polis idarəsində başlanan Cinayət işi üzrə araşdırmalar davam edir.

Manevr.az


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar