Xəbər lenti
Məşhur evli cütlüklər arasında yaş fərqi : “Yaşın nə fərqi var ki..?”
Məşhur simalar yaradıcılıqları və uğurlu iş fəaliyyətləri ilə yanaşı şəxsi həyatları ilə də insanların diqqətini çəkir. Son zamanlar isə Donald Tramp ABŞ-ın yeni prezidenti seçilməsi ilə yanaşı, həm də gənc, model xanımı ilə medianın gündəmindədir.
Belə ki, 1946-cı il iyunun 14-də anadan olan yeni prezidentin keçmiş model olan həyat yoldaşı Melania Tramp 1970-ci il təvəllüdlüdür. Yəni cütlük arasında 24 yaş fərq var. Yaş fərqi çox olan məşhur cütlük yalnız Tramp ailəsi deyil.
Həyat yoldaşları ilə böyük yaş fərqi olan yerli və xarici məşhurların siyahısını təqdim edirik:
Monako şahzadəsi Albert və keçmiş üzgüçü Çarlkin Uitstok beş ildir evlidir. Albertin 57, Çarlkin Uitstokun isə 37 yaşı var.
Rus iş adamı Roman Abramoviçin sonuncu həyat yoldaşı ilə arasında 15 yaş fərq var. Belə ki, R.Abramoviç 24 oktyabr 1966-ci ildə Saratovda dünyaya gəlib. Həyat yoldaşı Daşa Jukova isə 8 iyun 1981-ci ildə doğulub.
Fransanın keçmiş prezidenti Nikola Sarkozinin qardaşı Olivier Sarkozinin həyat yoldaşı özündən xeyli kiçikdir. Cütlüyün arasındakı 17 yaş fərq var.
13 dekabr 1974-cü ildə Bakıda anadan olan KVN-çi Tahir İmanov keçmiş model Nigar Əliyeva ilə ailəlidir. Nigar Əliyeva 22 sentyabr 1991-ci ildə Mingəçevir şəhərində anadan olub. Cütlük arasında 17 yaş fərq var.
1976–cı il təvəllüdlü Aynur Talıbova 18 yanvar 1990-cı ildə anadan olan Simran Baxşiyev ilə ailə qurub. Cütlüyün 1 övladı var.
Azərbaycana “Eurovision-2009” müsabiqəsində 3-cü yeri qazandırmış müğənni Aysel Teymurzadə Azərbaycan Dövlət Filarmoniyasının direktoru, pianoçu Murad Adıgözəlovla evlidir. 3 uşağı olan cütlük arasında 16 yaş fərq var. Murad Adıgözəlov 1973-cü il noyabrın 20-də Bakı şəhərində anadan olub. Aysel isə 25 aprel 1989-cu ildə Bakıda doğulub.
Aktrisa Mehriban Xanlarova ilə keçmiş həyat yoldaşı Zaur arasında da yaş fərqi var idi. Zaur müğənni Lalə Dadaşovanın oğludur. M.Xanlarova 1967-ci ildə, Zaur isə 1973-cü ildə doğulub.
Türkiyə şou-biznesində də yaş fərqi ilə seçilən tanınmışlar çoxdur. Aktrisa Pınar Altuğ ilə həyat yoldaşı Yağmur Atacan arasındakı 8 yaş fərq var. Cütlük 2008-ci ildə ailə qurub. Onların 1 qızı var.
Müğənni Kibariye ilə həyat yoldaşı Ali Küçükbalçık arasındakı 19 yaş fərq mövcuddur.
Şəxsi həyatları ilə gündəmdən düşməyən Ebru Gündeş ilə Rza Zarrabın yaş fərqi 9-dur. 1974-ci il təvəllüdlü Ebru Gündeş ilə 1983-cü il təvəllüdlü Rza Zərrab 2010-cu ildə evlənib. Onların bu evlilikdən Alara adında bir qızları var.
Müğənni Seda Sayan ilə hazırkı nişanlısı Erkan Çelik arasında 24 yaş fərqi var.
ABŞ-ın məşhur aktyoru Clint Eastwood ilə keçmiş xanımı Dina arasında 36 yaş fərq olub. Cütlük 2014-cü ildə ayrılıb.
56 yaşlı məşhur aktyor Doug Hutchinson ilə həyat yoldaşı Courtney Stodden arasında 34 yaş fərq var. Courtney Stodden 1994-cü ilin 29 avqustunda ABŞ-da doğulub. Cütlük 2011-ci ildə evlənəndə Courtneyin 16 yaşı olub.
İngilis komediyaçı Stefan Fray özündən 30 yaş kiçik Eliott Spenserlə ailə qurub.musavat.com
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar