Xəbər lenti
Yazıçı Fərman Kərimzadənin həbsdə olan oğlu : "İki nəfərə borcum qalıb
Tanınmış yazıçısı Fərman Kərimzadənin oğlu Əziz Kərimzadənin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
Manevr.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən məhkəmə prosesində prokuror istintaqın yekunlaşması ilə bağlı vəsatət verib. Lakin məhkəmə vəsatəti təmin etməyib. Buna səbəb təqsirləndirilən Əziz Kərimzadənin bir nəfər şahidin məhkəməyə gətirilməsini istəməsi olub.
O, deyib ki, zərərçəkmiş İlahə Əliyevanın oğlu Kamran Əlizadə şahid kimi ifadə verməlidir: "Anası ifadəsində gah 20, gah 25, gah da 30 min manat zərər çəkdiyini deyir. Onun ifadəsi yalandır. Əgər oğlu ifadə versə, dindirilsə, yalan dediyi üzə çıxacaq. Ona görə də məhkəmədən xahiş edirəm ki, Kamran məhkəməyə gətirilsin".
Prokuror isə bildirib ki, həmin şahidin gətirilməsi vacib deyil: "Kamran Əlizadənin məhkəməyə gətirilməsi böyük önəm kəsb etmir. O, gəlsə belə, anasının dediklərinin əksini deməyəcək. Bu prosesin vaxtını uzatmaqdır. 6-7 aydır ki, bu iş gedir. Amma zərərdən heç bir məbləğ ödənilməyib. Zərərçəkmiş 30 min tələb etsə də, sonradan deyilən 7 min manat belə, ödənilmədi. Mən vəsatətlə çıxış edərək məhkəmə istintaqının yekunlaşmasını tələb edirəm. Artıq çıxışlara başlamaq lazımdır".
Hakim Rahib Salmanov bildirib ki, şahid mütləq məhkəməyə gətirilməlidir. Bu səbəbdən də şahid Kamran Əlizadənin məcburi məhkəməyə gətirilməsi ilə bağlı qərar çıxarılıb.
Ə.Kərimzadə məhkəmədə deyib ki, ondan şikayətçi olan 3 nəfər məhkəməyə məktubla müraciət edərək şikayətlərini geri götürdüklərini bildiriblər. Hazırda ondan 2 nəfərin şikayətçi olduğunu deyən Ə.Kərimzadə Firuzə Qasımovaya 1500 manat borcunun olduğunu söyləyib. Digər zərərçəkmjş İlahə Əliyevanın isə yalan danışdığını qeyd edib.
Məhkəmə prosesi yanvarın 18-də davam edəcək. Hakim həmin vaxta qədər şahidin məhkəməyə gətirilməsinin təmin edilməsini, prokuror və vəkillərin çıxışa hazır olmasını istəyib: "Əgər Kamran Əlizadə Bakıda deyilsə, bu barədə də məhkəməyə dəqiq məlumat verilsin".
Qeyd edək ki, Ə.Kərimzadə barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanıb. Bu iş üzrə 4 nəfər zərərçəkmiş şəxs var.
Ə.Kərimzadə Bakı şəhəri 3 saylı Hüquq Məsləhətxanasının vəkili olub. O, əvvəllər də dələduzluq əməli törədib. 2012-ci ilin noyabr ayının 27-də Bakı Ağır Cinayətlər Məhkəməsində Ə.Kərimzadə və onun tanışı Azər Qurbanov 3 il müddətinə şərti olaraq, azadlıqdan məhrum edilərək, məhkəmə zalından azadlığa buraxılmışdı.musavat.com.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar