Sizin Reklam Burada
Xəbər lenti
16-06-2026
BÜTÜN XƏBƏRLƏR

Bu kənddə siqarət çəkənə qız verilmir

Tarix: 10-01-2017 09:33     Baxış: 4430 A- / A+
Bu kənddə siqarət çəkənə qız verilmir

Türkiyənin Batman vilayətinin Yaylıca kəndində maraqlı adət-ənənə var.

Axşam.az-ın "Milliyet"ə istinadən məlumatına görə, qız istəmək üçün bu kəndə gələnlərə verilən ilk sual gələcək kürəkənin siqaret çəkib-çəkməməsi ilə bağlıdır. Çünki siqarət çəkən oğlana qız verilmir.

Kəndin, demək olar ki, bütün vətəndaşları siqaretdən imtina edib. Girişə “Siqaret çəkmək ayıbdır” yazılan lövhə asılıb.

Kənd sakini Kudbettin Sinet 30 il çəkdiyi siqareti bir neçə il əvvəl tərgidib. Onun bu addımı “siqaretsiz kənd” kampaniyasına müsbət təsir göstərib. Qısa müddət içərisində kənd sakinlərinin böyük hissəsi siqaretlə vidalaşıb. Nəticədə vətəndaşlar və kənd rəhbərliyi bir araya gələrək kənddə siqaret çəkilməsini qadağan ediblər.

Kudbettin Sinet bildirib ki, kənddə hələ də siqaret çəkən bir neçə sakin var. Lakin onlar utandıqları üçün siqareti kənddən kənarda çəkirlər.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar