Sizin Reklam Burada
Xəbər lenti
15-09-2026
14-09-2026
BÜTÜN XƏBƏRLƏR

Baş Prokurorluq: "ANS rəhbərliyinə qarşı cinayət işi başlanmayıb"

Tarix: 09-01-2017 16:53     Baxış: 3442 A- / A+
Baş Prokurorluq: "ANS rəhbərliyinə qarşı cinayət işi başlanmayıb"

“Lisenziyası ləğv edilmiş ANS Müstəqil Yayım və Media Şirkətinin rəhbərliyinin barəsində Baş Prokurorluqda cinayət işi başlanmayıb”.

Bunu “Report”un sorğusuna cavab olaraq Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov deyib.

O bildirib ki, bununla bağlı bəzi kütləvi informasiya vasitələrində yayılmış məlumatlar həqiqətə uyğun deyil.

“Belə ki, şirkətin vəzifəli şəxsləri tərəfindən terrorçuluğun təbliğinə yönələn çağırışlar etmələri və digər faktlarla bağlı Baş Prokurorluqda toplanmış materiallar Türkiyədə dövlət çevrilişinə cəhddə ittiham olunan Fəthullah Gülənin rəhbərliyi ilə Azərbaycan Respublikasında təhsil müəssisələrində və digər müxtəlif qurumlarda uzun müddət fəaliyyət göstərən “Hizmet harekatı”nın təəssübkeşləri tərəfindən dini ayinlərin icrası adı altında vətəndaşların hüquqlarına qəsd, sosial və dini nifrət, düşmənçiliyin salınmasına yönələn hərəkətlər edilməsi və digər faktlara dair Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində istintaq edilən cinayət işinə əlavə olunub.

Hazırda həmin iş üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir”

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar