Sizin Reklam Burada
Xəbər lenti
18-01-2025
17-01-2025
BÜTÜN XƏBƏRLƏR

Erməni fəal ailəsi ilə birlikdə Bakıya gəlmək istəyir

Tarix: 05-01-2017 14:17     Baxış: 4380 A- / A+
Erməni fəal ailəsi ilə birlikdə Bakıya gəlmək istəyir


Sosial şəbəkələrin daha bir aktiv istifadəçisi, ictimai fəal və insan hüquqları pozulmuş Ermənistan vətəndaşı Azərbaycan hakimiyyətinə son ümid yeri kimi müraciət edərək, hüquqlarının bərpa edilməsini istəyib.

T.Arzumanyan və onun ailə üzvləri – həyat yoldaşı və qızı Ermənistan hakimiyyəti tərəfindən total izlənmənin qurbanlarıdır. Bundan əlavə, Azərbaycan hakimiyyətinə müraciətin müəllifi qeyd edir ki, Ermənistan-Azərbaycan sülh platformasının yaradılması təşəbbüsünü xüsusi maraqla izləyib və qrupun iştirakçılarını səmimi qəlbdən dəstəkləyir.

T.Arzumanyan şəxsi "Facebook" səhifəsində yazıb: "Mən və ailəm Azərbaycana qayıtmağımızı və quldur Ermənistan hakimiyyətindən xilas olmağımızı həsrətlə gözləyirik".

Maraqlıdır ki, İrəvanda yaşayan 54 yaşlı müəllim Tamella Asratovna Arzumanyan, özünün bildirdiyinə görə, Azərbaycanda anadan olub.

T.Arzumanyanın müraciəti onun şəxsi səhifəsində Yeni İldən az öncə, dekabrın 27-də dərc olunub. Bundan dərhal sonra o, Ermənistan Milli Təhlükəsizlik Xidmətinə çağırılıb, mənəvi və fiziki təzyiqlərə məruz qalıb.

Qeyd edək ki, T.Arzumanyan Virtualaz.org-a müsahibəsində təhlükəsizliklərinə təminat verildiyi təqdirdə ailəliklə Azərbaycana gəlməyə hazır olduqlarını deyib.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar