Xəbər lenti
"Həbs olunan vətəndaşlarımız dərhal azadlığa buraxılmalıdır" -Ədalət QAFAROV
Biləsuvar rayonunda cəbrayıllıların məskunlaşdığı qəsəbədə baş vərən son hadisələr bir cəbrayıllı kimi məni də ciddi narahat edir. Orda vətəndaşlarımıza qarşı edilən zorakılığı pisləməklə bərabər, polislərimizin də xəsarət almasına təəssüflənirəm.
Məlum olduğu kimi, deputat Astan Şahverdiyev Biləsuvarda etiraz aksiyası keçirən cəbrayıllılar haqqında “cəmiyyətin tör-töküntüləri” ifadəsini işlədib. Bundan başqa, deputat Rusiyaya gedən soydaşlarımızı da “otxod” adlandırıb. Haqlı narazılıqlarını bildirən vətəndaşlara biganə yanaşmaq, bu cür təhqiramiz ifadələr işlətmək özü bir məsuliyyətdir.
Maraqlıdır, deputatın təmsil etdiyi insanlar haqqında bu cür təhqiramiz ifadələr işlətməsi nə dərəcədə normaldır?
Mənə elə gəlir ki, 24 ildir ata-baba yurdlarından didərgin düşmüş və maddi imkanları olmayan, kommunal xərclərinin artması ilə əlaqədar haqlı olaraq etirazlarını bildirən dinc sakinlərə qarşı hüquq pozuntusunu yerli vəzifə sahibləri törədiblər...
Belə ki, heç bir yerdən gəlirləri olmayan və ailələrini maddi cəhətdən saxlaya bilməyən, işıqsız-qazsız qalaraq evlərdə odun “peçi” yandıran (ətrafda isə odun tapılmadığı halda) bir təhər sürünə-sürünə dolanan vətəndaşların öz haqqlarını tələb etmələrinə don geyindirərək aşağılamaq olmaz.
Vətəndaşlara qarşı məmur biganəliyi isə haqlı narazılığa səbəb olub.
Xatırladaq ki, dekabrın 22-də Bilasuvar ərazisində məskunlaşmış cəbrayıllılar evdə işıqları yanmadığına görə etiraz edən 5 nəfər məcburi köçkün həbs olunub. Bunlar İlkin İsgəndərov, Ülvi Quliyev, Gülağa Alməmmədov, Cəlal Quliyev və Zaur Fehruzludur.
Hesab edirəm ki, məcburi köçkünlərin imtiyazları bərpa olunmaqla yanaşı, həbs olunan vətəndaşlarımız dərhal azadlığa buraxılmalıdır.
Ədalət İzzət oğlu Qafarov, hüquqşünas
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar