Xəbər lenti
Şəhid polkovnikin ailəsi ictimaiyyətə müraciət etdi - "sui-istifadəyə yol verməyin"
Aprel döyüşlərinin qəhrəmanlarından biri, şəhid polkovnik-leytenant Raqub Orucovun ailəsi adından mətbuata və ictimaiyyətə müraciət ünvanlanıb.
Manevr.az-ın Koordinat.az-a istinadən məlumatına görə, müraciətdə bildirilir ki, torpaqlarımızın düşməndən azad edilməsi uğrunda döyüşlərdə həlak olan bütün vətənsevər, qeyrətli övladlarımızın xatirəsinə xalqımız daim böyük hörmət və ehtiram göstərir. Bu işdə mətbuat işçilərinin də səmimi və təəssübkeş münasibəti minnətdarlıq hissi ilə dəyərləndirilir və buna görə şəhid polkovnikin ailə üzvləri jurnalistlərə təşəkkür edir.
"Bununla yanaşı, bəzi jurnalistlərin və media qurumlarının şəhid polkovnik-leytenant Raqub Orucov və onun ailə üzvləri ilə bağlı həqiqətə uyğun olmayan məlumatlar yayması, belə əsassız məlumatlardan istifadə etməklə ictimai ajiotaj yaratmağa cəhd göstərməsi bizdə ciddi narahatlıq və narazılıq hissi doğurur. Biz hörmətli jurnalistləri və ictimai fəalları şəhidimiz və ailə üzvlərimizlə bağlı məsələlərdə sui-istifadə hallarına yol verməməyə çağırırıq" - deyə, müraciətdə bildirilir.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar