Sizin Reklam Burada
Xəbər lenti
21-11-2024
BÜTÜN XƏBƏRLƏR

300 müəllimin 0 bal yığmasının müdhiş səbəbləri

Tarix: 29-12-2016 08:37     Baxış: 5536 A- / A+
300 müəllimin 0 bal yığmasının müdhiş səbəbləri
Etibar Əliyev: “Minlərlə müəllim saxta diplomla müəllimlik edib və edir”

Bu il cənub bölgəsində (Lerik, Yardımlı, Astara, Masallı, Lənkəran) baş tutan müəllimlərin diaqnostik imtahanında 7426 nəfər iştirak edib. İmtahanda iştirak edən 2764 ibtidai sinif müəllimindən 269-u, 704 riyaziyyat müəllimindən isə 33 nəfəri tədris etdiyi fəndən 0 (sıfır) qiymət alıb.

Bu isə həmin fənni tədris edən müəllimlərin bilik səviyyəsinin heç olmadığını və onların qarşısında oturan şagirdlərə də heç nə aşılaya bilmədiklərini deməyə əsas verir. Bu barədə təhsil eksperti Kamran Əsədov publika.az-a açıqlamasında deyib. Ekspert rəqəmləri rayon təhsil şöbələrindən, rəsmi mənbələrdən əldə etdiyini bildirib.

Bu rayonlar üzrə nəticələrin çox aşağı olduğunu deyən ekspert paytaxtda da məlumatların ürəkaçan olmadığını qeyd edib: “2014-cü ildən bu vaxta qədər keçirilən imtahanlarda iştirak etmiş, paytaxt məktəblərində çalışan müəllimlərin 15 faizinin tədris etdiyi fəndən anlayışı olmadığı müəyyən olunub. İmtahanda 60 sualdan 40-ı müəllimin tədris etdiyi fənn, 20-si metodikadandır. Ümumilikdə 6 suala cavab verən (10 faizdən yüksək nəticə göstərən) müəllim diaqnostik qiymətləndirmədən keçmiş hesab edilir. Bakıda müəllimlərdən 15 faizi öz fənnindən 4, metodikada 2 suala düzgün cavab verməyib. 60 faiz isə orta nəticə göstərib. Bu vaxta qədər keçirilən diaqnostik qiymətləndirmədə yalnız 3 müəllim maksimum nəticə göstərib. Görün övladlarımıza kimlər savad, bilik verir”.

Ekspertin fikrincə, imtahan suallarının çətinlik dərəcəsinin artırılması vacibdir: “Təklif edirəm ki, qısa müddət ərzində müəllimlərin ciddi şəkildə attestasiyası keçirilsin və bunu neytral bir qurum reallaşdırsın. Sadə suallar yox, normal səviyyədə olan suallar verilsin. Bundan sonra imtahandan keçən müəllimə dövlət qulluqçusu statusu vermək və əmək haqqını ciddi şəkildə qaldırmaq olar”.

“XXI Əsr” Təhsil Mərkəzinin rəhbəri, təhsil eksperti Etibar Əliyev nəticələrin ürəkaçan olmamasının bir neçə səbəbi olduğunu dedi: “Birincisi, 15 il təhsil naziri vəzifəsində işləmiş Misir Mərdanovun vaxtında müəllimlərin bilikləri hər hansı formada qiymətləndirilmədi. Attestasiya keçirilmədi. Başları başqa işlərə qarışmışdı. Pedaqoji kadrlar hazırlayan ali və orta ixtisas təhsili məktəblərində təhsil alan tələbələrin böyük kəsimi sessiyaları tapşırıq və rüşvətlə yola veriblər. Minlərlə müəllim saxta diplomla müəllimlik edib və edir. Orta məktəblərdə dərs deyən müəllimlərin biliyinin qiymətləndirilməsi ideyası Mikayıl Cabbarova məxsusdur. Tətbiq olunan diaqnostik imtahanların əhəmiyyətini indi artıq dərk edirik. Bunun müəllimlərin əmək haqqına müsbət təsiri ilə yanaşı, həm də mənəvi əhəmiyyəti oldu. Bu prosesə müqavimət göstərənlər indi görürlər ki, imtahan metodu müəllimin üzərinə məsuliyyət qoyur. Onu tanıtdırır. Bu gün müəllimlərin əmək haqqından danışanda dünyanın inkişaf etmiş ölkələrinin müəllimlərinin əmək haqqını misal gətirirlər. O ölkələrdə müəllimlər keyfiyyətə cavabdehlik daşıyırlar. Bizdə isə fənnindən kəsilən, yaxud aşağı nəticə göstərən müəllim heç öz biliyi barədə danışmır. Ötən əsrin ortalarında texnikum bitirən müəllimlər bir neçə fənni tədris edirlərmiş. Bu, müəllim çatışmazlığı ilə bağlı olan məsələ idi. Gecə-gündüz çalışırdılar. İndi müəllimlər öz fənlərini yetərincə tədris edə bilmirlər. Belə olan halda fənni uşaqlara necə sevdirmək olar? Elə mexanizmlər düşünmək lazımdır ki, keyfiyyətsiz dərs deyən müəllimin özü tədrisdən aralansın. Müasir dünyada orta təhsilin qarşısında mühüm vəzifələr qoyulur. Məncə, bu vəzifələrin icrası üçün müəllim üzərinə düşən məsuliyyəti dərk etməlidir. İmtahandan kəsilən müəllimin şagirdlərin qarşısına çıxmağa haqqı yoxdur”.

Günel MANAFLI

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar