Sizin Reklam Burada
Xəbər lenti
22-11-2024
21-11-2024
BÜTÜN XƏBƏRLƏR

"Nə yaxşı ki, bu cür "otxod"lar, “tör-töküntü”lər bizdə çox azdı" -Ədalət QAFAROV

Tarix: 27-12-2016 21:51     Baxış: 4870 A- / A+
"Nə yaxşı ki, bu cür "otxod"lar, “tör-töküntü”lər bizdə çox azdı"
Biləsuvar rayonunda cəbrayıllıların məskunlaşdığı qəsəbədə baş vərən son hadisələr bir cəbrayıllı kimi, məni də ciddi narahat edir. Orda vətəndaşlarımıza qarşı edilən zorakılığı pisləməklə bərabər, polislərimizin də xəsarət almasına təəssüflənirəm.

Hər bir halda istər polis, istərsə də mülki vətəndaşlarımızdan xəsarət alanlara Allahdan şəfa diləyir, həbs olunanların isə tezliklə azadlığa çıxmasını arzu edirəm. Qeyd edim ki, Cəbrayılın bir çox görkəmli şəxsiyyətləri, alimləri, ziyalıları, ictimai-siyasi xadimləri Azərbaycanın elminə, ədəbiyyatına, təhsilinə, mədəniyyətinə, dövlət və ictimai-siyasi həyatına töhfələr veriblər. Akademiklər Mehdi Mehdizadə, Əşrəf Hüseynov, Tofiq Hacıyev, xalq yazıçısı Sabir Əhmədli, ictimai-siyasi xadim Əşrəf Mehdiyev, istedadlı şair Vaqif Bayatılı Ödər, eyni zamanda, hüquqşünaslar Murad Babayev, Rafiq Quliyev, yazıçı- jurnalist, “Qızıl Qələm” mükafatı laureatı, “Xan çinarın yetirmələri” kitabının müəllifi Nüsrət Qafarov kimi ziyalılar və ləyaqətli insanlar bu torpağın yetirmələridi. Dədə ozan Qurbaninin, aşıq Pərinin, Mücrüm Kərimin, aşıq Humayın yurdudur. Kazım Məmmədov, Şikar Aslanov, Akif Əkbərov, Vüqar Hüseynov, Mətləb Quliyev kimi Milli Qəhrəmanlarımız bu torpaq uğrunda ŞƏHİD olublar.

Bildirim ki, təkcə 23 avqust 1993-cü il tarixində Cəbrayıl rayonunun işğalı zamanı 246 nəfər ŞƏHİD olub, 91 nəfər əsir və itkin düşüb, 177 nəfər əlil olub. Lakin, bütün bunlarla bərabər, elindən, obasından, kökündən, soyundan uzaqlaşan, Cəbrayılda zərrə qədərdə hörməti olmayan Astan Şahverdiyev kimi "ziyalılar"da var. Nə yaxşı ki, bu cür "otxod"lar, “tör-töküntü”lər bizdə çox azdı. Belələri Cəbrayıl rayonunun adına ləkə gətirməsinlər və gətirə də bilməzlər.

Qeyd edim ki, bir hüquqşünas olaraq zorakılığın və qanunsuz əməllərin əleyhinəyəm, bütün məsələlər qanun çərçivəsində öz həllini tapmalıdır və hər kəs layiqli cəzasını almalıdır.

Ədalət İzzət oğlu Qafarov, hüquqşünas

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar