Sizin Reklam Burada
Xəbər lenti
29-04-2024
28-04-2024
BÜTÜN XƏBƏRLƏR

Vəcihə Ağazadənin "Dəli"si -Esse

Tarix: 19-11-2019 23:23     Baxış: 3314 A- / A+
Vəcihə Ağazadənin "Dəli"siKimsəyə boyun əyməyən, eyni zamanda da zərər verməyən, öz dünyasında olan,öz çərçivəsi, özünə xas “mən”i olan adama dəli deyirmişlər...Elə isə mən bu halımdan çox məmnunam və də çox xoşbəxtəm. Kimlərisə razı salmaq, kimlərdənsə hər uğurda alqış gözləmək, hər anında-“sən bacardın, bacarırsan, sənə inanıram”sözləri gözləmək, önəmsəyərək yaşamaq; bunların hamısının zamanla insanı tükətdiyini, yorduğunu anladım. Çox diqqət etdim, özümdən qoparıb onlara verdim, ömrümdən, zamanımdan, yeri gəldi gülüşümdən pay verdim. Amma, insanlar sağol deməyi yaxşı bilmirmişlər..

İnsanın əzbəri, daha sonra isə o əzbərdən dolayı yaranan vərdişləri var. Necə əzbərləyirsə, elə də vərdiş edir. Qısası, gözləmə! Gözləmirəm, sadəcə özüm özümlə davam edirəm. Çünki, özümdən dəyərli heç bir gülüş yoxdu,çünki hər naləmi ilk özüm duydum, hər ağrımı özüm kəsdim, gözdən axan hər yaşımı ilk özüm sildim, özümü saxlayım deyə sıxdığım çənəmin ağrısını günlərlə özüm çəkdim, gözaltılarımı özüm qapadım, qapamaq üçün də müxtəlif yalanların günahını aldım... Çünki, uğuruma, xoş günümə belə ürəkdən qəhqəhələrlə sevinə bilməyəndə öz gücümlə doldurdum boşluqlarımı, hər olumumla ölümüm arasında cihad edəndə o cihadı da öz savaşımla qazandım, yaralı əlimlə “xoşbəxtlik”sözünü özüm yazıb, sarğımı özüm dəyişdim. Çünki, hər dəfəsində bir zülmət gecəm, bir mən, bir də hər zülmətimdə səslədiyim Rəbb bildi nələr çəkdiyimi..

Məhz ona görə də özümü sevirəm, çətinliyimi sevirəm, əzmimi, duruşumu, yaramı sevirəm və onlarla xoşbəxtəm. Çünki, onlar “mən”dilər mən də “onlar”am. Öz həyatımı özüm qazanmağa başladım. Əvvəllər çox çətin idi...Qorxularım, nigaranlıqlarım vardı.”Bacaracağammı?”sualı hər an beynimdə tüğyan edirdi. Sonra keçdim güzgünün önünə və dedim-“sən nələrdən keçmədin ki.?,nələri bacarmadın ki.?,neçə dəfə ölərkən dirilmədin ki.?, hansı darında o gecələrinin şahidi olan Rəbbini səslədin də o yetmədi dadına.? Bu nədir ki.?”

Bu axşam da həmin axşamlardan biridir.Yenə oturmuşuq.Oturmuşuq deyəndə,bir mənəm.Oturmuşam;özümlə,fikirlərimlə,yaralarımla,aldanışlarımla,heyiflərimlə,niyələrimlə,içdən-içə çəkdiklərimlə,anlayışsız qarşılanan düşüncələrimlə,bıçaq izlərimlə...Danışırıq,danışırıq,danışırıq..Hiss edirəm,artıq bir gün doğrudan dəli deyəcəklər..Hamı da uzaqlaşacaq,gedəcək.Elə də hamı deyirəm ki..Qarşımda duran özümün də gülməyi gəldi.Kim vardı ki..?Nə vaxt var oldular ki..?Artıq,kimsənin gedişindən qorxmayacaq birini daha nə nigaran,narahat edə bilərdi..?!Yenə mən özümlə qaldım. Kimsələrə də maraqlı olmadı, çünki o “hamı”lar daim bir yerə qədər idilər. O yer çatdı və onlar da bitdi...Bu qədər sadə...

Bir gün yenə özümlə danışdığım yerdə gördüm ki, tək danışmıram. Artıq əlim də yazıya gedib, danışdıqlarımı yazır. Yazmaq...Yazmaq hər sətirdə bir az daha kimsəsizliyi anladırdı özümə, incidirdi əslində...Lakin, bu da mənə Yaradanın bir lütfüdü deyə düşündüm. Düşündüm, heç olmasa mən yaza bilirəm, kimsəylə olmasa da, ən azı özümlə danışa bilirəm.Yəqin, bunu belə eləyə bilməyənlər var deyə düşündüm. Sonra zamanla gördüm varmış;”kaş mən də yaza biləm, hər şeyi tökə biləm bir neçə sətrə”-deyənləri görəndə bildim varmış. Hətta bunları bəxtəvərlik oxuyarcasına deyənlər də oldu. Mənim acılı sətirlərimi xoşbəxtlik sananlar da varmış..

Yazarkən bir ara da ağlım əvvəllər çox həvəslə qurduğum xəyallara getdi. Ehh, gözəl günlərdi o xəyallı günlər...

Bir xəyalım vardı...Bir xəyalım vardı,hər yeni gündə günəşlə bir doğan. Uca dağlardan uca, bəlkə ən gözəl güllərdən də gözəl, mələklərin həsəd apardığı...Bir xəyalım vardı, bir ömrə sığacaq. Sıfırdan sonsuzluğa aparacaq, bütün boşluqları dolduracaq, bütün olmazları olduracaq...Bütün buzları əridəcək, qışdan bahar edəcək bir xəyalım vardı. Bütün eşqləri qısqandıracaq, heyran qoyacaq xəyal...Gediləcək bitməz yolların son dayanacağı ola biləcək, o yolları bir nöqtədə-birində birləşdirəcək xəyalım vardı...Bəlli xaos içində tək hüzur ola biləcək, ruhumu dindirə biləcək,beynimi təslim edə biləcək bir xəyal...Bir ömrü bir cismə sığdıracaq, fəda edə biləcək bir xəyal...Yıxıldığımda qalxma, dayanma səbəbim olacaq, yenidən yaşama bağlaya biləcək xəyal. Ölünü dirildəcək cümlələr qurduran,”olmaz”sözünü sildirə bilən xəyal...Bir gözümdə sükut, digərində fəryad saxlayan xəyal...Alnı möhürdə, dili zikrdə tutan xəyal...

Hətta bir gün hər anı dəftər-qələmə bağlayacaq yazan əllərə sahib olmaq da vardı o xəyallarda. Hə..,deyəsən bir bu xəyalım gerçəkləşir, amma, mən bu cür gerçəkləşməsini istəməmişdim...İndi isə bütün xəyallara düşmən, quranlara isə yadam..

Nəysə, çayımız yenə soyudu, gedim dəyişim..

Çaydana tərəf getdi, onun da soyuduğunu görüb, bir az qıcıqlandı. Onun otağına nəzarət edən tibb bacısını səslədi;”dəlinin çayı soyuqdu,dəli çay istəyir”deyə yüksək səslə bağırdı. Öz-özünə danışaraq gələn tibb bacısının səsini eşidə bilirdi-“əşi, bu xəstə də məni lap təngə gətirib, elə ki əlinə kağız-qələm düşdü, nəsə yazdı olan qalanını da itirir. Gedim həblərini verim, bəlkə bir neçə saat sakitlik ola.”Bunu eşidən kimi, dərhal qapıdan kənarlaşdı. Yazısını da götürüb, çarpayısına uzandı. Hətta, narahatlığından vərəqini yastığının altına gizlədi. Əlindəki tək sərvəti, yanındakı tək dostu o vərəqlər idi çünki...Tibb bacısı isə gəldi,həmişəki zəhər kimi acı dərmanlarını verdi və o bir neçə saatlıq hüzura daldı...Orda belə bu cümlələri təkrar edirdi-“mən dəli deyildim,sadəcə uzun zamandan sonra özümü tapıb, hər gün onunla-özümlə danışırdım.Sadəcə bu, sadəcə...”

Vəcihə Ağazadə,
Bakı Dövlət Universiteti, kimya fakültəsi,
SABAH qrupunun tələbəsi

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar