Xəbər lenti 
					
 
		Osmanl İmperiyasında meymunları asırmışlar - ŞOK SƏBƏB
Sultan III Muradın hakimiyyəti illərində İstanbulda yüzlərlə meymun vəhşicəsinə edam edilib.

Femida.az-ın yazdığına görə, Yavuz Sultan Səlim Şimali Afrikada fəthlər edərkən İstanbulda da meymunların sayı durmadan artırdı. Meymunlar daha çox gəmilərdə gözətçilik edər, gəmi dorlarına asanlıqla dırmanar və başqa bir gəmi gördükləri zaman dərhal xəbər verərdilər. III Muradın dövründə isə İstanbulun demək olar istənilən nöqtəsində meymun dükanları olardı. Həm varlılar, həm də kasıblar meymun satın alardılar.
III Muradın əsas din adamı hesab olunan molla Əbdulkərim qeyri-müsəlmanlara nifrət edən radikal dindar idi. Molla Əbdulkərim müsəlman olmayan insanları o dövr üçün təhqir sayılan qırmızı və qara paltarlar geyməyə məcbur edərdiş. O, yəhudi məzarlığında qanunsuz olaraq məscid tikdirəcək qədər radikal dindar olub.
Hər şey bu mollanın məscidin önündə “qadınlar meymunlardan pis işlərdə istifadə edir” şəklində çıxışı ilə başladı. Bu çıxış İstanbulda böyük əks-səda doğurdu. İnsanlar toplaşaraq meymun satılan mağazalara basqın etdi.
Tarixçilərin bildirdiyinə görə, həmin gün İstanbulda meymun asılmayan ağac qalmayıb. Molla meymunları öz əlləri ilə asırmış, iri meymunlar üçün isə ayrıca edam yeri müəyyən ediblərmiş.
Deyilənə görə, molla Əbdülkərim vəfat etdikdən sonra bütün heyvansevərlər bayram ediblər.
	
	
	
 	Xəbəri paylaş
	
			
 
   
  
                
                
            
             
            
Çox oxunanlar
Son yüklənənlər



 Axtarış
 Reklam 
				 
 İqtisadiyyat 
       
		 Yazarlar
       İmarət Cəlilqızı
		   
Emil Rasimoğlu
		   
Emil Rasimoğlu
		   
Emil Rasimoğlu
		   
Cahangir NAMAZOV
		   
-Təranə Dəmir
		   
- Sevil Nuriyeva
		   
 Sorğu 
				 Portalımızı dəyərləndirin.
 Çox oxunanlar 
 
				 
















 
 















