Sizin Reklam Burada
Xəbər lenti
22-11-2024
21-11-2024
BÜTÜN XƏBƏRLƏR

Evdəki zibil iysini aradan qaldırmağın SADƏ YOLU -MƏSLƏHƏT

Tarix: 12-12-2016 22:29     Baxış: 3364 A- / A+
Evdəki zibil iysini aradan qaldırmağın SADƏ YOLU


Limon təkcə bir qida deyil. Onun həm də təmizləyici gücə malik olduğunu bilirdinizmi? Mətbəxlərin əvəzedilməzi olan limon ev işlərində də hər dərdə dərmandır. Manevr.az limonu təmizləyici kimi istifadə edə biləcəyiniz sahələrlə sizi tanış edir.

Kəsmə taxtalarından ləkələri yox edir

Mətbəxdə kəsmə taxtalarında qalan yemək ləkəsi və qoxuların getməsi üçün bir limonu ortadan ikiyə bölün, taxtanın üstünə yaxşıca sürtün. Daha güclü təmizliyə ehtiyac varsa, əvvəl kəsmə taxtasına duz və ya karbonat səpin. Sonra isə limonu sürtün. Ləkələr çox inadkardırsa, duz-karbonat-limon sürtüb gecə boyu durulamadan eləcə saxlayın.

Zibil qoxusunu aradan qaldırın

Pis, iylənmiş, çürümüş qoxuları yox etmək üçün limon qabığı ilə soyuq suya ehtiyacınız var. Limon qabıqlarıyla qoxunun olduğu yeri yaxşıca ovaladıqdan sonra soyuq su ilə təmizləyin.

Geyimlərinizdəki ləkələri asanca çıxarın

Limon suyu duzla birləşdikdə paltarlardakı ləkələrə sanki meydan oxuyur. Siz sadəcə olaraq limon suyu-duz qarışığını ləkənin üstünə töküb yarım saata qədər saxlayın. Sonra bu qarışığı sirkə və isti su ilə yaxalayın.

Mikrodalğalı sobanı yağdan təmizləyin

Mikrodalğalı sobanın həm gözəl qoxuması, həm də tərtəmiz olmasını istəyirsinizsə, bir qabın içərisinə bir stəkan su, yumru-yumru doğranmış limon tökün, sobanın şüşəsi buxarlanana qədər istilədin. Qapağı açmadan bu limonlu iksiri 15 dəqiqə içəridə saxlayın ki, mikrodalğalı sobadakı kir və yağı daha asan təmizlənsin.

Sarı metal əşyalarındakı qaralmış ləkələri təmizləyir

Qaralmış və ləkəli yerlərə duz səpin və limon suyu ilə isladılmış süngərin köməyi ilə yüngülcə ovun. Suyla duruladıqdan sonra da yaxşıca qurudun.

Pas ləkələrindən xilas olun

Parça, toxunma və digər geyimlərdəki pas ləkələrindən xilas olmaq üçün limon suyu ilə su qarışığından istifadə edin. Quruyana qədər günəşdə saxlayın. Ləkə qalıbsa, eyni üsulu yenidən tətbiq edin.

Hamamda saralmış yerləri parıldadın

Kran, sink boruları və vanna otağının digər hissələrinə yığılmış mineral qalıqlarını yox etmək və parlatmaq üçün bir limonu ortadan ikiyə bölün. Qalıqların olduğu yerlərə sürtün, yaxşıca duruladıqdan sonra qurulayın.

T-sörtlərdəki tər ləkələrini aparır

Çətin gedən ləkələrlə mübarizə aparmaq artıq çətin deyil. Məsələn, t-şörtünüzdəki tər ləkəsini aparmaq üçün paltaryuyan maşına atmazdan əvvəl limon suyu və ya sirkəylə ləkələri ovmaq faydalı olacaq.

Yabanı otları bağınızdan təmizləyin

Yabanı, arzuedilməz otları bağınızdan uzaq tutmaq istəyirsinizsə, limon suyu püsgürdün. Yalnız yetişdirdiyiniz bitkilərdən uzaq yerlərə sıxmalısınız. Yoxsa limonun turşusu çiçək və qönçələrə zərər verər, hətta məhv edər.

Evinizdəki qoxuyla mübarizə aparın

Evinizdəki kəskin qoxunu aradan qaldırmaq üçün kiçik qazanda limon dilimləri ilə suyu qaynadın. İstəsəniz, gözəl qoxu qatan başqa vasitələri də bu qarışığa əlavə edə bilərsiniz. Evinizdən gözəl qoxu gələcək və özünüzü sanki limon ağacları ilə dolu bağçada hiss edəcəksiniz.aile.lent.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar