Xəbər lenti
2016-cı ildə dünyanın itirdiyi MƏŞHURLAR -SİYAHI
Manevr.az ölkə.az-a istinadən 2016-cı ildə dünyasını dəyişmiş dünyaca məşhur şəxslərin siyahısını təqdim edir.
BMT-nin keçmiş baş katibi Butros Butros Qali 16 fevralda 93 yaşında ömrünü başa vurdu.
İtalyan yazıçı Umberto Eko 19 fevralda 84 yaşında dünyasını dəyişdi.
FİFA-nın braziliyalı keçmiş prezidenti Joao Avelanj 16 avqustda 100 yaşında vəfat etdi.
Məşhur alman iqtisadçı, Nobel mükafatı laureatı Reynhard Zelten 23 avqustda 85 yaşında dünyasını dəyişdi.
Məşhur fransız yazıçı Mişel Butor isə 24 avqustda 89 yaşında həyata əlvida dedi.
Məşhur amerikalı aktyor Cin Uaylder 83 illik ömrünü 29 avqustda başa vurdu.
Sentyabrın 2-də Özbəkistan prezidenti İslam Kərimov uzun müddət komadan sonra 78 yaşında vəfat etdi.
16 sentyabr məşhur türk aktyor Tarık Akanın 66 yaşında dünyasını dəyişdiyi gündür.
28 sentyabrda isə İsrailin keçmiş prezidenti Şimon Peres 93 yaşında vəfat etdi.
1 oktyabrda məşhur türk futbolçu Erol Keskin 89 illik ömrünü tamamladı.
Meksika əsilli məşhur aktrisa Marta Rot 7 oktyabrda 84 yaşında həyata vida etdi.
Məşhur polyak rejissor Anje Vayda 9 oktyabrda 90 yaşında ömür karvanını bu dünyadan çəkdi.
Məşhur braziliyalı futbolçu, dünya çempionu, həmçinin milli komandamıza da rəhbərlik etmiş Karlos Alberto Torres 25 oktyabrda 72 yaşında vəfat etdi.
26 noyabr Kuba lideri Fidel Kastronun 90 yaşında dünyasını dəyişdiyi gündür.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar