Xəbər lenti
Azərbaycanda güclü zəlzələ olacaq? - Seysmoloji Mərkəzdən AÇIQLAMA
Dünyada baş verən zəlzələlərin sayı artıb. Təkcə ötən gün ABŞ-ın Kaliforniya sahillərində 6.8, Salamon adalarında 8, Çinin Sintszyan-Uyğur Muxtar Rayonunda 6,2 bal gücündə zəlzələ qeydə alınıb.
Bunların arasında ən çox insan itkisi və təfata səbəb olan zəlzələ isə dekabrın 7-də İndoneziyada qeydə alınan zəlzələdir. Güclü yeraltı təkanlar nəticəsində 100-dən çox insan ölüb, 400 yaralı var.
Maraqlıdır, Azərbaycan və Türkiyə də seysmoloji aktivlik olan bölgədə yerləşir. Bu iki ölkəni yaxın günlərdə dağıdıcı zəlzələ gözləyirmi?
Mövzu ilə bağlı sualımızı cavablandıran Respublika Seysmoloji Mərkəzinin direktoru Qurban Yetirmişli bildirdi ki, hər gün ölkə ərazisində, bu və ya digər seysmoloji bölgədə zəlzələ baş verir:
“Türkiydə baş verə biləcək zəlzələlərlə bağlı türk mütəxəssislər daha dolğun cavab verə bilər. Biz isə mütəmadi olaraq tədqiqatlar aparırıq. Hər saat, hər saniyə harada hansı proseslərin getdiyi barədə məlumatlı oluruq. Onu deyə bilərəm ki, Azərbaycanda dağıdıcı zəlzələnin olması gözlənilən ərazi yoxdur. Zəif təkanlar hiss oluna bilər. Bunların heç bir qorxusu yoxdur. Qaldı ki, Azərbaycanda dağıdıcı zəlzələnin baş verib-verməməsinə, yaxın gələcəkdə Azərbaycanı güclü zəlzələ gözləmir”.atv.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar