Sizin Reklam Burada
Xəbər lenti
22-11-2024
21-11-2024
BÜTÜN XƏBƏRLƏR

“Qaçqınlarla bağlı bu yaxınlarda qərar veriləcək” - Əli Həsənov

Tarix: 07-12-2016 18:19     Baxış: 4336 A- / A+
“Qaçqınlarla bağlı bu yaxınlarda qərar veriləcək”


Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov Milli Məclisin bu gün keçirilən iclasında millət vəkili Çingiz Qənizadənin Azərbaycanda qaçqın və məcburi köçkünlərin statusuna yenidən baxılması, onlara kommunal xərclərin ünvanlı şəkildə ayrılması və bu sahədə Hesablama Palatasının aşkara çıxardığı yeyinti hallarına qarşı verdiyi açıqlamaya sərt reaksiya verib.

Manevr.az xəbər verir ki, Ə. Həsənov qeyd edib ki, dünən mətbuatda deputat Çingiz Qənizadənin və Hikmət Babaoğlunun qaçqınların statusu ilə bağlı fikirləri ilə tanış olub:

“Deputatların qaçqın və məcbur köçkünlərin statusları ilə bağlı açıqlamaları həqiqətən də ciddi narazılıq yaradıb. Kimsə qaçqın və məcburi köpçkünlərdən danışırsa indiki mövcud vəziyyəti bilib danışmalıdır. Ən azı heç olmasa bu işi bilənlərə suallarla müraciət etməlidir. Son vaxtlar qaçqın və məcburi köçkünlərə qarşı hücumlar artıb. Bunun səbəbi nədir, mənə də aydın deyil. Bu insanlar ölkənin ən həssas təbəqəsidir. Amma yenə də ölkə başçısı əhalinin bu təbəqəsində xüsusi diqqət yetirir. Ona görə də qaçqın və məcburi köçkünlərin problemlərinə toxunarkən hamı diqqətli olmalıdır. Ümumiyyətlə, status siyasi və hüquqi məsələdir. Bu, beynəlxalq idarəçilk sənədidir. Onu biz milli qanunvericiliyimizə uyğun qəbul edərək özümüzünkünə çeviririk. Qaçqın və məcburi köçkünlərə güzəşt isə dövlətin milli və daxili məsələsidir.

Burda kimsə deyə bilər ki, qaçqın və məcburi köçkünlərə güzəştlər statusdan doğur. Xeyr, bu statusdan irəli gəlməyə də bilər. Dövlətin öz işidir. Ona görə də bunları qarışdırmaq lazım deyil. Biz hər gün necə Ermənistan mətbuatını izləyiriksə, ermənilər də bizimkini izləyir. Mən əminəm ki, növbəti beynəlxalq tədbirlərdə onlar deyəcəklər ki, Azərbaycan tərəfi qaçqınların status məsələsinə baxmaq istəyir. Ona görə də belə həssas məsələlərdə diqqətli olaq. Axı bilməyib soruşmaq eyib deyil. Biz bu gün 1 milyon 200 mindən artıq qaçqını niyə narahat etməliyik? Onlar onsuz da narahat və hər bir şeylərini itirmiş insanlardırlar. Bəlkə səsim uca çıxır, amma mən qışqırmaq istəmirəm. Sadəcə olaraq emosional insanam. Belə həssas məsələlərlə bağlı sakit danışa bilmirəm”.

Yeyinti məsələsinə gəldikdə isə, hər kəs öz adından danışmalıdır. Yemək, qaz, elektrik enerjisi ilə qaçqınlara verilən vəsaitlərlə bağlı fərq olmalıdır. Çünki qaçqının bir hissəsi bulaq suyundan və kanal suyundan istifadə edir. Niyə də bu fərq olmasın? Bir qism qaçqınlar isə qazla təmin olunmayıb. Təbii ki, fərq olacaq. Sabah da müxalifət götürüb yazacaq ki, “Qaçqınkomda” yeyinti var”.

Ə.Həsənov onu da bildirib ki, qaçqın və məcburi köçkünlərlə bağlı bu yaxınlarda qərar olacaq: “Ancaq bunun maliyyə çətinliyi ilə heç bir əlaqəsi yoxdur. Dövlət bu kateqoriyaya aid insanlar üçün lazım olan vəsaiti tapacaq”.“Qafqazinfo”

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar