Xəbər lenti 
					
		Azərbaycanın görkəmli aliminin yubileyidir - FOTOLAR
        Professor Rafiq Mehdiev – 80
Görkəmli Azərbaycan aliminin 80 yaşı tamam olur.
Texnika elmləri doktoru, professor Rafiq İsrafil öğlu Mehdiyev təkcə Azərbaycanda və MDB məkanında deyil, beynəlxalq səviyyədə təbəqələşdirilmiş yanıcı qarışıqla işləyən farkomer-məşəllə alışdırmalı avtomobil mühərriklərinin yaradılması sahəsində tanınmış alimdir.
Professor R. Mehdiyev Azərbaycan mühərrikçilər elmi məktəbinin əsasını qoyanlardan biridir.
1936-cı ildə indi erməni işğalı altında olan Cəbrayıl rayonunda doğulan R. Mehdiyev 1958-ci ildə o zamankı Azərbaycan Politexnik İnstittunun (indiki Texniki Universitet) Mexanika fakültəsini bitirmiş, 1964-cü ildə namizədlik, 1981-ci ildə isə indiki Sankt-Peterburq Texniki Universitetində doktorluq dissertasiyasını müdafiə etmişdir.
300-dən çox elmi əsərin, 15-ə yaxın ixtiranın müəllifi olan alimin son ixtiralarından biri maye qazla işləyən dizel mühərrikidir və bu ixtira Türkiyədə böyük uğur qazanıb. Bir sıra ixtiraları bir sıra Qərb dövlətlərində, o cümlədən İngiltərə, İtaliaya, Almaniya, Rusiya və Yaponiyada patentləşdirilmişdir. 20-dən artıq yetişdirdiyi alimlərin içərisində Hindistan, İraq, Suriya və Ukrayna vətəndaşları da vardır.
1967-ci ildə Daxili yanma mühərrikləri və avtotraktor kafedrasının dosenti, 1983-cü ildən isə professor adına layiq görülmüşdür. Həmin kafedraya uzun müddət rəhbərlik etdikdən sonra, AzTU-nun nəzdində fəaliyyət göstərən “Motor yanacaqları və ətraf mühit” ETİ-nin elmi rəhbəri olmuşdur.
Görkəmli alim 1993-99-cu illərdə həmin ali məktəbin rektoru olmuşdur.
Tanınmış alim hazırda məşhur İstanbul Texniki Universitetinin professorudur və qardaş ölkədə böyük elmi nailiyyətlərini davam etdirir.
Azərbaycan elmi ictimaiyyəti hörmətli professoru 80 illik yubileyi münasibətilə təbrik edir, ona səmərəli və məhsuldar fəaliyyətində uğurlar arzulayır!
Azərbaycan Respublikası
“Təhsil” Cəmiyyətinin İdarə Heyətinin sədri
Dos. Nuğay Əliyev

 	Xəbəri paylaş
	
Çox oxunanlar
Son yüklənənlər

 Axtarış
 Reklam 
				 
 İqtisadiyyat 
       
		 Yazarlar
       İmarət Cəlilqızı
		   
Emil Rasimoğlu
		   
Emil Rasimoğlu
		   
Emil Rasimoğlu
		   
Cahangir NAMAZOV
		   
-Təranə Dəmir
		   
- Sevil Nuriyeva
		   
 Sorğu 
				 Portalımızı dəyərləndirin.
 Çox oxunanlar 