Xəbər lenti
Sumqayıt Təhsil şöbəsinin müdir kreslosu tilsimə düşüb -FOTOLAR
Qara camaat sözügedən vəzifənin uğursuzluğunun səbəbini Vidadi Bağırovun seyid olması ilə əlaqələndirir
Bu barədə bir dəfə də yazmışdım. Gerçəkdən də Sumqayıt təhsili, daha doğrusu, təhsil şöbəsi tilsimə düşüb. Bu təhsil ocağı kiminsə qarğışına tuş gəlib. Qarğayıb ki, “sənin müdir kreslon daimi boş qalsın”. Ona görə də 3-4 ildir ki, o gözəl, yaraşıqlı və mənalı kreslo isti-doğma müdir sığalına, nəvazişinə, hətta, sevgisinə həsrət qalıb.
1997-ildən 2012-ci ilə kimi Sumqayıt Təhsil şöbəsinə rəhbərlik edən Vidadi Bağırov öz postundan uzaqlaşdırıldıqdan sonra bu vəzifə heç kimə uğur gətirmir. Belə ki, V. Bağırovdan sonra şöbəyə müdir təyin edilən, Gəncədən Sumqayıta uzun yol qət edib gələn Mahal Əliyev gəlişinə peşiman oldu. Cəmi 4-5 ay çəkdi onun müdir olmaq sevincinin ömrü. El dili ilə desək, Mahal müəllim “yemədi, getdi”.
Sonra müdir əvəzi kimi bu iş Vaqif Ələkbərova həvalə edildi. O 15 ildən artıq bu müqəddəs və rahat kresloda fırlanan V. Bağırovdan fərqli olaraq öz isti kabinetini cəmi 2 il qoruya bildi, həm də yarımüdir qismində-müdir əvəzi kimi. Yenicə icra başçısı təyin olunan Zakir Fərəcov işdə yol verdiyi ciddi nöqsanlara görə onun da arzularını gözündə qoydu.
Yenə həmin kresloda “yad adam” oturdu. Yəni şöbənin metod kabinetinin direktoru Sabir Məmmədova orada müvəqqəti əyləşməsi üçün icazə verildi. O da sələflərinin yaşadığı talenin xofu ilə günlərini saydı, bu “uğursuz” otaqda. Həyat təcrübəsi kreslonun müvəqqəti olduğunu ona diqtə və sübut etdi.
Az müddət ərzində Teymur Səmədov şöbəyə müdirlik etdi. O da çox duruş gətirə bilmədi, cəmi 4 ay (29.10.2015-05.03.2016) müdir titulu daşıdı.
Növbəti dəfə xanım tilsimi sındırdı. Ruhiyyə Tağıyeva müdir oldu. Təəssüf ki, onun da vəzifə “ulduzu” 13 aprel 2016-28 noyabr 2016-cı il aralığında parladı və...
İndi bu gəlimli-gedimli kürsüyə Nizami Namazov sinə gərib, iki gündü. Xeyirli olsun.
Qara camaat sözügedən vəzifənin uğursuzluğunun səbəbini Vidadi Bağırovun seyid (cəddinə qurban) olması ilə əlaqələndirir. Mən də buna inanıram və şəkk etmirəm. Həm də ona görə ki, sakit və mülayim rəhbər təsiri bağışlayan V. Bağırovu vəzifədə Sumqayıt kimi narahat bir şəhərdə ancaq cəddi 15 ildən artıq qoruyub saxlaya bilərdi. Yoxsa, onun da gəlişi ilə gedişi arasında az vaxt olardı. (Sumqayitfakt.Az)
Namiq

Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar