Sizin Reklam Burada
Xəbər lenti
21-11-2024
BÜTÜN XƏBƏRLƏR

Sumqayıtda Laçının işğalına həsr olunan tədbir keçirildi -ŞƏKİLLƏR

Tarix: 18-05-2019 22:57     Baxış: 3521 A- / A+
Sumqayıtda Laçının işğalına həsr olunan tədbir keçirildi

Bu gün Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təkilatının təşəbbüsü ilə "Möhtəşəm Azərbaycan" qəzetinin redaksiyasında "Dəlidağ", "Dan yeri" Ədəbi Birliklərinin, "Çeşmə" Ədəbi Məclisinin və Azərbaycan Aşıqlar Birliyi Sumqayıt Regional bölməsinin növbəti müştərək tədbiri keçirilmişdir.

Manevr.az xəbər verir ki, Laçın rayonunun işğalına həsr olunan tədbirdə Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının sədri, respublikanın Əməkdar jurnalisti, “Dan yeri” Ədəbi Birliyinin sədri, şair, publisist Radiq Oday, “Dəlidaq” Ədəbi Birliyinin sədri, şair, jurnalist Namiq Dəlidağlı, Azərbaycan Aşıqlar Birliyi Sumqayıt Regional bölməsini sədri, şairə Qənirə Mehdixanlı, “Çeşmə” Ədəbi Məclisinin sədri şairə, publisist Lilpar Cəmişidqızı, “Möhtəşəm Azərbaycan” qəzetinin redaktoru, şairə, publisist Nisə Qədirova, “Günəşli Sabah” qəzetinin təsisçisi və baş redaktoru, jurnalist Aygün Hacıyeva, “Dəlidaq” Ədəbi Birliyinin sədr müavini, şairə Sevinc Qərib, şair Süleyman Sərraf, Sumqayıt Regional Mədəniyyət İdarəsinin nümayəndəsi, şair, publisist Eldar Xanlaroğlu, hüquqşünas şair Ədalət İzzətoğlu, şair, publisist İlqar Həbibi, jurnalist Natiq İsmayıloğlu və digər qələm sahibləri iştirak edirdilər.

Öncə Vətən torpaqları uğrunda canlarını fəda etmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, ruhlarına dualar oxunmuşdur.

Tədbirdə Laçın rayonunun işğalının səbəbləri müzakirə edilmiş, Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə münasibət bildirilmişdir.

Çıxış edənlər qeyd etmişlər ki, Azərbaycanın Laçın rayonunun Ermənistan tərəfindən işğal olunmasından 27 il ötür. Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün davamı kimi Dağlıq Qarabağ Muxtar Vilayətinin tərkibinə daxil olmayan Laçın rayonu 18 may 1992-ci ildə işğal olunub.

1992-ci il mayın 8-də Şuşa şəhəri ermənilər tərəfindən işğal olunduqdan sonra Ermənistan silahlı qüvvələri Laçın rayon mərkəzini intesiv olaraq ağır artilleriya silahlarından atəşə tuturdu.

1992-ci il mayın 16-dan 17-nə keçən gecə Şuşa şəhərinin Turşsu deyilən ərazisindən və Ermənistanın Gorus rayonu istiqamətindən hücuma keçən erməni ordusu mayın 18-də Laçın rayonunu işğal edib. Rayonun işğalını reallaşdıran düşmən qüvvələrinin böyük hissəsi Laçın dəhlizi vastəsilə daxil olub.

Həmin dövrdə Laçından və ətraf rayonlardan çıxarılan Azərbaycan Silahlı Qüvvələrinin əksər bölmələri Bakıdakı siyasi qarşıdurmalara cəlb olunmuşdu. Paytaxtdakı silahlı aksiyalara qoşulan ordu cəhbə bölgələrindəki mövqelərimizi nəzarətsiz qoymuşdu. Nəticədə, ardıcıl işğal olunan rayonlarımızın sırasına Laçın da qoşuldu. Əhəmiyyətli geostrateji mövqeyə malik Laçının işğalı Azərbaycan iqtisadiyyatına ciddi ziyan vurdu.

İşğal nəticəsində Laçın rayonunun əhalisi etnik təmizləməyə məruz qalıb, 300-dən artıq hərbi və mülki şəxs həlak olub və itkin düşüb. Hazırda 77 min nəfərdən artıq Laçın sakini Azərbaycanın müxtəlif bölgələrində məcburi köçkün qismində yaşayır.

Ermənistan tərəfindən rayonda dövlət və özəl mülkiyyətə ciddi zərər yetirilib. Belə ki, 217 mədəniyyət, 101 təhsil, 142 səhiyyə müəssisəsi, 462 ticarət, 30 rabitə, 2 avtonəqliyyat və müxtəlif təyinatlı istehsal müəssisələri talan və məhv edilib.
54 dünya, 200-dən çox yerli əhəmiyyətli tarixi abidə vandalizmə məruz qalıb. 6-cı əsrə aid Alban Ağoğlan məbədi, 14-cü əsrə aid Məlik Əjdər türbəsi, Qaraqışlaq kəndində məscid, Zabux kəndində qədim qəbiristanlıq bunların sırasındadır. Laçın Tarix Muzeyi və onun qızıl, gümüş və tunc sikkələrdən ibarət qədim kolleksiyası talan edilib.

Ermənistanın kəskinləşən hərbi təcavüzü şəraitində BMT-nin Təhlükəsizlik Şurası 1993-cü ildə 822 (1993), 853 (1993), 874 (1993) və 884 (1993) saylı qətnamələri qəbul edərək, Azərbaycan ərazilərinin işğalını pisləyib, Azərbaycanın ərazi bütövlüyü, suverenliyini və Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olduğunu bir daha təsdiq edərək işğalçı qüvvələrinin zəbt olunmuş ərazilərdən dərhal, qeyd-şərtsiz və tam çıxarılmasını tələb edib. Lakin Ermənistan BMT Təhlükəsizlik Şurasının qətnamələrinin tələblərini yerinə yetirməyərək işğal olunmuş Azərbaycan ərazilərinin ilhaq edilməsinə (anneksiya) yönəlmiş siyasət yürüdür.

Tədbirdə həmçinin vətənpərvərlik mövzunda yazılmış şeirlər səsləndirilmiş və Rafiq Odayın bu mövzuda qələmə alınmış “Qarabağ şikəstəsi” poeması müzakirə olunmuşdur.

Sonda bu qəbildən olan tədbirlərin vacibliyi önə çəkilərək, Sumqayıtda fəaliyyət göstərən ədəbi birliklərin bu istiqamətdə müştərək işinin daha çox fayda verə biləcəyi dilə gətirilmişdir.


Manevr.az

Sumqayıtda Laçının işğalına həsr olunan tədbir keçirildi

Sumqayıtda Laçının işğalına həsr olunan tədbir keçirildi

Sumqayıtda Laçının işğalına həsr olunan tədbir keçirildi

Sumqayıtda Laçının işğalına həsr olunan tədbir keçirildi

Sumqayıtda Laçının işğalına həsr olunan tədbir keçirildi

Sumqayıtda Laçının işğalına həsr olunan tədbir keçirildi

Sumqayıtda Laçının işğalına həsr olunan tədbir keçirildi

Sumqayıtda Laçının işğalına həsr olunan tədbir keçirildi

Sumqayıtda Laçının işğalına həsr olunan tədbir keçirildi

Sumqayıtda Laçının işğalına həsr olunan tədbir keçirildi

Sumqayıtda Laçının işğalına həsr olunan tədbir keçirildi

Sumqayıtda Laçının işğalına həsr olunan tədbir keçirildi

Sumqayıtda Laçının işğalına həsr olunan tədbir keçirildi

Sumqayıtda Laçının işğalına həsr olunan tədbir keçirildi

Sumqayıtda Laçının işğalına həsr olunan tədbir keçirildi

Sumqayıtda Laçının işğalına həsr olunan tədbir keçirildi

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar