Sizin Reklam Burada
Xəbər lenti
22-11-2024
21-11-2024
BÜTÜN XƏBƏRLƏR

“Elə etməliyik ki, qadınlarımız pis yola düşməsinlər” - Millət vəkili

Tarix: 25-11-2016 13:13     Baxış: 5333 A- / A+
“Elə etməliyik ki, qadınlarımız pis yola düşməsinlər”


Noyabrın 25-i “ Qadın zorakılığına qarşı beynəlxalq mübarizə günü”dür.

Azərbaycanda qadın zorakılığına qarşı mübarizə diqqət mərkəzində olsa da zorakılığa məruz qalmış qadınlar bu halları gizlətməyə çalışırlar. Qadınlar məruz qaldıqları zorakılıqların gizli qalmasını və bununla bağlı heç kimin məlumat almasını istəmirlər.

“Təmiz Dünya Qadınlara Yardım” ictimai birliyinin sədri Mehriban Zeynalova AzNews.az- açıqlamasında bilirdib ki, il ərzində rəhbərlik etdiyi quruma 226 zorakılıq qurbanı olan qadın müraciət edib:

“Son zamanlar sığınacağa ölüm təqibi, gərgin vəziyyətdə olub həmin ailədə yaşaya bilməyənlər, cinsi zorakılığa məruz qalan, ailəsi tərəfindən qəbul olunmayan və küçədə yaşayan qadınlar sığınacağa üz tutur.
Ümumi ölkə üzrə olan zorakılıq halı isə açıqlanmır. Çünki əksər qadınlar bu halı yaşasalar da, gizli saxlayırlar.”

Hüquq Siyasəti və Dövlət Quruculuğu Komitəsinin üzvü, Milli Məclisin deputatı Tahir Kərimli qadınlara zorakılığı şiddətlə qınadığını bildirib:

“Mən çox mühafizəkaram. Amma buna baxmayaraq, ailənin məhəbbət üstündə qurulmasının tərəfdarı olmuşam. Zorakılıq çox ağır bir anlayışdır. İnsanın heyvandan fərqi nədir? Belə bir misal var, ruhu olmayan insan heyvandan betərdir. Ruhu olan insan isə mələkdən üstündür. Kişilər qadınları gərək mələk gözü ilə görüb, onları sevib, hörmət bəsləsinlər. Qadınlar bizim analarımız, bacılarımızdır. Necə ola bilər ki, qadınlara qeyri-insani münasibət bəsləyəsən? Qadınlara qarşı zorakılığı şiddətlə qınayıram. Qadın hər şeydən ucadır. Səhfsiz insan yoxdur. Zorakılığa qarşı qadınların mübarizə aparması düzgün deyil. Bu məsələdə ancaq qadınlar maraqlıdır. Bəs, onları kim qorumalıdır? Əgər Qurani-Kərimdə “Kişi qadından qüvvətlidir” sözü varsa, niyə o zaman kişilər öz güclərini qadının müdafiəsinə həsr etməsin? Hansı zəmanədir? Əldə dəyənək, bıçaq, tüfəng zəmanəsi deyil. Müasir cəmiyyətdir. Qadınların könlünü oxşamaq lazımdır. Kişilər də ideal deyil. Dünyanın ən zərif məxluquna belə heyvani münasibət nədir? Düşünürəm ki, bu məsələ dövlət səviyyəsində həll olunmalıdır. İctimai, qeyri-hökümət təşkilatları da bu məsələdə dövlətə dəstək olmalıdır. Əlbəttə, biz elə etməliyik ki, qadınlarımız pis yola getməsinlər. Bunun da günahı kişilərdədir. Onları zəhmətdən azad edib, uşaqlarını böyütməkdə yardım etməliyik. Cənnət anaların ayağı altındadır. Qadınlarımız ana, qızlarımıza isə gələcək analar kimi münasibət bəsləməliyik”.


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar