Xəbər lenti 
					
 
		Ərdoğandan “cinsi istismar” açıqlaması

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ölkədə son zamanlar ən çox müzakirə olunan “cinsi istismar” qanununa münasibət bildirib.
Manevr.az-ın musavat.com-a istinadən məlumatına görə, Ərdoğan, hökumət, ictimaiyyət və müxtəlif təbəqələrdən gələn reaksiyaların da diqqətə alınmasının vacibliyini vurğulayıb. Ərdoğan həmçinin qeyd edib ki, qərar böyük etirazlara səbəb olduğu üçün yenidən nəzərdən keçirilməlidir.
Qeyd edək ki, Türkiyədə erkən yaşda evləndirilən gənclərin həbsini önləyən qanun müzakirəyə çıxarılmışdı. Qanunun təcavüzçüyə haqq qazandırması kimi anlaşılması ciddi etirazlara səbəb oldu. Müxtəlif partiyalar, ictimai birliklər qanuna etiraz etdi. Bölgələrdə etiraz aksiyaları keçirildi. Bundan sonra, ədliyyə naziri Bekir Bozdağ açıqlama verərək qanunun yanlış anlaşıldığını, təcavüzçüyə əfv verilməsinin müzakirə mövzusu belə olmadığını bildirmişdi. Bozdağ təcavüz edənlərin cəzasının daha da artırıldığını, bu qanunun erkən evləndirilərək həbsə düşənləri əhatə etdiyini izah etmişdi.
	
	
	
 	Xəbəri paylaş
	
			
 
   
  
                
                
            
             
            
Çox oxunanlar
Son yüklənənlər



 Axtarış
 Reklam 
				 
 İqtisadiyyat 
       
		 Kriminal 
       
		 Yazarlar
       İmarət Cəlilqızı
		   
Emil Rasimoğlu
		   
Emil Rasimoğlu
		   
Emil Rasimoğlu
		   
Cahangir NAMAZOV
		   
-Təranə Dəmir
		   
- Sevil Nuriyeva
		   
 Təqvim 
				 | « Noyabr 2025 » | ||||||
|---|---|---|---|---|---|---|
| Be | Ça | Ç | Ca | C | Ş | B | 
| 1 | 2 | |||||
| 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 
| 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 
| 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 
| 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 
 Sorğu 
				 Portalımızı dəyərləndirin.
 Çox oxunanlar 
 
				 
















 
 















