Sizin Reklam Burada
Xəbər lenti
22-11-2024
21-11-2024
BÜTÜN XƏBƏRLƏR

Dünyanın ən varlı kəndi - burada hamı milyonçudur

Tarix: 21-11-2016 18:44     Baxış: 3483 A- / A+
Dünyanın ən varlı kəndi
Çinin Szyansu vilayətində, Şanxay şəhərindən təxminən iki saatlıq yolda Huasi adlı kənd var.

Çinlilər bu kəndi "Səmaaltı İmperiyanın 1 nömrəli kəndi" adlandırırlar.

Kənd gerçəkdən də qeyri-adidir, unikaldır.

Huasi sakinlərinin hamısı iki və üçmərtəbəli villalarda yaşayırlar. İstisnasız olaraq hər ailə Mercedes və ya BMW avtomobillərinə malikdir.

Və kənd sakinlərinin hamısının (!) bank hesablarında ən azı 50-60 milyon dollar var.

Kurorta, yaxud da kiçik şəhərə bənzəyən kənddə onlarla müasir fabrik, zavod var.

Kənddə sakinlər üçün səhiyyə və təhsil pulsuzdur. Ərzaq Çinin bütün yerləri ilə müqayisədə 2-3 dəfə ucuzdur.

Kəndin mərkəzində üç göydələn var ki, onların ən yüksəyi, "Soarin" 328 metr hündürlükdədir.

72 mərtəbəli göydələnin 60-cı mərtəbəsində Huasinin simvolu olan buğanın saf qızıldan heykəli var.

"Soarin"də beşulduzlu "Long Wish International Hotel", habelə Asiyanın ən böyük otellərindən biri də yerləşib.

Kəndin uğurunun, inkişafının banisi U Jenbaodur.

1960-cı illərdə Çin Kommunist Partiyasınıın kənddəki özəyinə sədr seçilən U Jenbao alternativ inkişaf yolunu seçdi. O, kəndin ənənəvi aqrar təsərrüfatçılıqla varlanmasının çox çətin olduğunu anladığından sənaye inkişafı yolunu seçdi.

İndi Huasidə metallurgiya, elektronika, toxuculuq və s. sahələrdə fəaliyyət göstərən 83 müəssisə var. Yerli istehsal olan mallar 67 ölkəyə ixrac edilir.

86 yaşı U Jinbao indi təqaüddədir, istirahət edir.

Kənd sakinlərinin hamısı "Huasi kəndi" səhmdar cəmiyyətinin səhmdarlarıdır. Cəmiyyətin prezidenti isə qoca U Jenbaonun kiçik oğlu U Seyendir.

Huasinin sakinləri həftədə 7 gün çalışırlar və aylıq maaşları da orta hesabla 300 dollardır. Amma hər ilin sonunda kəndin əldə etdiyi toplam gəlirin 30 faizi bütün sakinlər arasında bərabər bölünür. Hətta uşaqlar da hesaba alınırlar.

Əvvəllər vur-tut 1500 sakini olmuş Huasi indi ətrafdakı 25 kəndi də udduğundan, "Böyük Huasi"də 64 min nəfər yaşayır.milli.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar