Sizin Reklam Burada
Xəbər lenti
01-11-2024
31-10-2024
BÜTÜN XƏBƏRLƏR

Hər qadın bunu bilməlidir - Kişilər haqda 10 FAKT

Tarix: 14-11-2016 19:21     Baxış: 4369 A- / A+
Hər qadın bunu bilməlidir


Kişilər də ən az qadınlar qədər çətin varlıqlardır. Söhbət sevgi münasibətlərindən gedirsə, bu vəziyyət iki qat artır. Manevr.az aile.lent.az-a istinadən, hər qadının kişilər haqqında bilməli olduğu 10 faktı təqdim edir.


1. Hər kəs qadınların daha tez aşiq olduğunu düşünür. Lakin aparılan araşdırmalar sübut edib ki, kişilər qadınların düşündüyündən daha sürətlə aşiq olurlar.

2. Seksə başlayan tərəf hər zaman kişilər olmaq məcburiyyətində deyil. Buna görə də qadın ilk addımı atdıqda, bu, kişilərin çox xoşuna gəlir. Eyni zamanda, fərqli təcrübələr yaşamaq da onları başdan çıxarır.

3. Evli cütlüklər üzərində aparılan araşdırmalardan biri sübut edib ki, yenidən evlənmə şansları olsa, kişilərin 90%-i yenə eyni qadını seçər. Yəni münasibətlərdə bağlılıq yalnız qadınlara məxsus deyil.

4. Kişilərin baxımlı qadınlardan təsirləndikləri bir həqiqətdir. Ancaq yataqdan yeni qalxan və gecə göynəyindəki halınız də onların ağlını başından ala bilər. Kişilər sizi ən təbii halınızla gördükdə özlərinə daha yaxın və son dərəcə cazibədar hiss edir.

5. Düşünülənin əksinə olaraq, kişilər romantik qadınları seksual qadınlardan daha çox bəyənir. Eləcə də təbii gözəlliyi olan qadınları həddən artıq makiyajlı qadınlardan üstün tutur.

6. Aşiq olan kişi duyğularını paylaşır, sevgilisini güldürməyə çalışır, onu qucaqlayıb öpməkdən əsla çəkinmir. Qısası, sevgilisinə daha çox sevgi dolu davranır.

7. Kişilərin yataqda yalnız seks düşündükləri yanlışdır. Kişilər sevgililərini qucaqlamağı qadınların təxmin etdiklərindən daha çox sevirlər.

8. Kişilər münasibətdə ilk “səni sevirəm” deyən tərəf olmaqdan çəkinmirlər. Araşdırmalara görə, kişilərin 66 faizi bu mövzuda olduqca açıqdır.

9. Yalnız qadınlar deyil, kişilər də onlara kompliment deyilməsini çox sevirlər.

10. Kişilərin bir qadınla münasibəti ola-ola digər qadınları fiziki olaraq cazibədar hesab etmələri bir həqiqətdir. Ancaq bu vəziyyət onlarla yaxından maraqlandıqları mənasını vermir.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar