Sizin Reklam Burada
Xəbər lenti
22-11-2024
21-11-2024
BÜTÜN XƏBƏRLƏR

“Heç bir məsələni həll edə bilmirsiniz” - yeməyən, içməyən Akif Çovdarovdan vəkilinə və hakimə etiraz

Tarix: 14-11-2016 19:12     Baxış: 4376 A- / A+
“Heç bir məsələni həll edə bilmirsiniz”
Ləğv edilmiş MTN-in generalı Akif Çovdarovun məhkəməsi yenə yarımçıq qalıb. Buna səbəb A.Çovdarovun səhhəti və generalın narazılığı ilə bağlıdır. Oksigen balonu ilə məhkəməyə gətirilən A.Çovdarov hakimlərə etiraz edərək vəkillərindən imtina edib.

Manevr.az xəbər verir ki, Akif Çovdarovun cinayət işi üzrə növbəti məhkəmə prosesi 14 noyabr saat 11:00-a təyin edilmişdi. Ancaq A.Çovdarovun səhhəti ağır olduğu üçün məhkəməyə gətirilməmişdi. Məhkəmə isə A.Çovdarovun prosesdə iştirakını mütləq hesab edərək, onun zorla gətirilməsini tələb etdi. Təxminən 1 saat sonra Akif Çovdarov təcridxanadan Sabunçu rayon məhkəməsinə gətirildi. Buna baxmayaraq məhkəmə prosesi yenə də baş tutmadı.

Akif Çovdarovun vəkili Kamandar Nəsibov məhkəmədən sonra musavat.com-a açıqlama verib. O, bildirib ki, prosesdə A.Çovdarov vəkillərindən imtina edib. Səbəb olaraq isə hakimlərə etirazını göstərib. Belə ki, A.Çovdarov vəkillərinin vəsatətlərinin təmin edilmədiyini və onların bir iş görə bilmədiyini deyib.

“Akif Çovdarov məhkəmədə dedi ki, “əgər vəkillərim mənim səhhətimlə bağlı bir məsələni həll etmək iqtidarında deyilsə, onların verdiyi vəsatətlərə hakimlər baxmaq istəmirsə, mənə ümumiyyətlə, vəkil lazım deyil”. Akif Çovdarov imtina ərizəsini məhkəməyə təqdim etdi. İmtina ərizəsi 1 saata yaxın müzakirə olundu. Müzakirənin davamını da noyabrın 15-nə təyin etdilər” - deyə Kamandar Nəsibov məhkəmədə olanlar haqda danışarkən bildirib.

Vəkil əlavə edib ki, A.Çovdarovun etiraz müraciətindən əvvəl məhkəmə tərkibinə etirazla bağı da vəsatət verilib. Lakin həmin vəsatət qəbul edilməyib: “Biz məhkəmə tərkibinə etirazla bağlı vəsatət verdik. Digər vəsatətlərimizi isə təqdim etmədik. Çünki bizim məhkəmə tərkibinə etirazla bağlı vəsatətimiz qəbul edilmədi. Bunu eşidəndən sonra A.Çovdarov dedi ki, “siz onsuz da bu işə hakimlik etmək iqtidarında deyilsiniz və göstəriş əsasında işləyirsiniz. Siz heç bir məsələni həll edə bilmirsiniz”.

K.Nəsibov Akif Çovdarovun məhkəmədə 3 həkimin nəzarətində iştirak etdiyini söyləyib: “Nəfəs ala bilmdiyi üçün oksigen balonu da gətirilmişdi. Həkimlər tez-tez təzyiqini ölçürdü. 3 həkimin nəzarətində ola-ola məhkəmə davam etdirildi. Biz ötən prosesdə də buna etiraz etdik. Ancaq baxılmadı”.

A.Çovdarovun digər vəkili Sadiq Rəsulov isə bildirib ki, həbsdəki general hələ də aclıq aksiyasını davam etdirir: “Aclıq aksiyası A.Çovdarovun səhhətini daha da ağırlaşdırıb. Yemək, su və dərman qəbul eləmir. Eyni zamanda iki dəfədir ki, məhkəməyə sürüyərək gətirirlər. Buna daha çox əsəbiləşir. Bu məhkəmə prosesi də demək olar ki, baş tutmadı. Hər dəqiqə onun halı pisləşirdi, oksigen çatışmazlığı yaranırdı. Həkimlər müdaxilə edirdi, məhkəmədə tez-tez fasilə elan olunurdu. Biz başa düşə bilmirik ki, onu niyə bu halda məhkəmə iclasına gətirirlər. Tibbi ekspertizanın təyin olunması ilə bağlı da vəsatət verəcəkdik. A.Çovdarov məhkəmədə deyir ki, “mənim səhhətim ağırdır”. Hakim isə deyir ki, “biz mütəxəssis deyilik və heç nə deyə bilmərik”. Biz də vəsatət veririk ki, onun səhhəti ilə bağlı ekspertiza təyin olunsun. Ancaq deyirlər ki, indi buna ehtiyac yoxdur”.

Məhkəmə prosesi noyabrın 15-də davam etdiriləcək. Xatırladaq ki, A.Çovdarov oktyabrın 25-dən aclıq aksiyası keçirir.

Qeyd edək ki, A.Çovdarov ötən ilin noyabr ayında həbs edilib. O, Cinayət Məcəlləsinin 145.3 (Qanunsuz azadlıqdan məhrum etmə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda), 179.3.1, 179.3.2 (Mənimsəmə və ya israf etmə mütəşəkkil dəstə tərəfindən külli miqdarda törədildikdə), 181.3.1, 181.3.2 (Quldurluq mütəşəkkil dəstə tərəfindən külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə), 182.3.1, 182.3.2 (Hədə-qorxu ilə tələb etmə külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə ), 228.4 (Qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə), 302.1, 302.2 (Gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrdən istifadə edilməklə əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma), 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4 (Rüşvət alma qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən hədə-qorxu tətbiq olunmaqla külli miqdarda və təkrar törədildikdə), 313 (Vəzifə saxtakarlığı), 341.2.1, 341.2.2 və 341.2.3-cü (Bir qrup şəxs tərəfindən silah tətbiq olunmaqla hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma və ya hakimiyyətdən istifadə etməmə ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham olunur.

Əlavə edək ki, A.Çovdarovla birlikdə müttəhimlər kürsüsünə ləğv edilmiş MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq işçisi, polkovnik Səlim Məmmədov, MTN-in sabiq idarə rəisi, mayor Akif Əliyev və keçmiş şöbə rəisi Orxan Osmanov da çıxarılıb.

Bildirək ki, A.Çovdarov və digər 3 nəfərin cinayət işinə Sabunçu Rayon Məhkəməsinin inzibati binasında Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənovun sədrliyi, hakimlər Elbəy Allahverdiyev və Müslüm Əliyevin iştirakı ilə baxılır.


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar