Xəbər lenti
“Robotlar insanları işsiz qoyacaq” - XƏBƏRDARLIQ
ABŞ-ın “SpaceX” və “Tesla” şirkətlərinin sahibi İlon Mask (Elon Musk) çox da uzaq olmayan gələcəkdə insanların kütləvi şəkildə işsiz qalacağını bildirib.
İKT.lent.az-ın “The Telegraph”a istinadən verdiyi xəbərə görə, İ. Mask istehsalın, sənayenin robotlaşdırılması nəticəsində insanların öz iş yerlərini itirəcəklərini bəyan edib. O, bütün məşğulluq sahələrində baza gəlirinin tezliklə tətbiqinə çağırıb.
“İnsanlar onların iş yerlərini robotların tutması ilə barışmalı olacaqlar. Bizim hamımız inkişaf etmiş süni intellektlə simbioz şəraitində yaşamağı öyrənməli olacağıq”, - deyə iş adamı vurğulayıb. Onun fikrincə, robotların sayəsində kütləvi şəkildə universal baza gəlirinin və ya buna bənzər hansısa modelin tətbiqi ehtimalı böyükdür.
İ. Mask onu da əlavə edib ki, uzaq gələcəkdə hətta yaradıcı sahənin adamlarını neyroşəbəkələr əvəzləyə bilər və onlar bu işi insanlardan daha yaxşı görəcək.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar