Sizin Reklam Burada
Xəbər lenti
22-11-2024
21-11-2024
BÜTÜN XƏBƏRLƏR

Şəhvət bitərsə, sevgi də bitər – PSİXOLOQ RƏYİ

Tarix: 08-11-2016 09:12     Baxış: 5406 A- / A+
Şəhvət bitərsə, sevgi də bitər


Evliliyinizdə nələrinsə yolunda getmədiyini düşünürsünüz? Yoldaşınızla münasibətinizin adi və təkrarlanan sayırsız? İlk günlərinizdəki ehtirası və həyəcanı yaşaya bilimrsiniz? Bu suallara cavabınız "Bəli"dirsə, deməli, evliliyinizə nəzər yetirmək vaxtı çatıb.

Evliliklərdə bir müddətdən sonra həyəcan və ehtiras yavaş-yavaş sönməyə, cütlüklər arasında münasibət monotonlaşmağa başlayır. Belə olduqda isə bir müddət sonra tərəflər bir-birlərindən yorulur və bezir. Gündəlik həyatın maraqsız olması, iş-ev dövrülüyü və evdə bir neçə saat bir araya gələn cütlüklər bir-birlərinə, münasibətlərinə ilk zamanlarda göstərdikləri maraq və diqqəti göstərmirlər. Gündəlik həyatın bir parçası halına gələn evliliklərdə şəhvət və sevginin yerini vərdişlər alır. Bunun nəticəsində də ünsiyyətdən cinsəlliyə qədər bütün mövzularda problemlər yaranır. Bu problemlər zamanla evliliyi köhnəldir, hətta sona çatdıra bilər. Boşanma hallarının sürətlə artdığı bu dövrdə bir çox evliliklər eyni risklə qarşı-qarşıyadır. Türkiyəli psixoterapevt Cem Keçenin monotanlaşan evlilik haqqında fikir və məsləhətlərini təqdim edirik.


Mütəxəssis bildirir ki, cütlüklər evliliyin ilk aylarında duyduqları həyəcanı, bir-birinə göstərdikləri diqqət və marağı vaxt keçdikcə qoruya bilmirlər. Müəyyən müddət sonra maşına qulluq lazım olduğu kimi, müəyyən zaman sonra da evliliyin qulluğa ehtiyacı var. Evliliyin də maşın kimi vaxt keçdikcə köhnəlməsi təbii prosesdir. Bu baxımdan ehtiras və şəhvəti yenidən alovlandırmaq lazımdır: “Qadının təməl ehtiyacı arzu edilmək, kişinin təməl arzusu ehtiyac duyulmaqdır. Amma bu ehtiyac evdə xarab olan su kranları və ya atılası zibil deyil. Söhbət şəhvətdən gedir. Evliliyinizə şəhvəti daxil edin. Çünki qadın-kişi münasibətinin prioritet ehtiyacı şəhvətdir. Təəssüf ki, bizə şəhvətin pis, ayıb, səhv olduğu və evliliyin müqəddəsliyinə uyğun olmadığı öyrədilib. Ancaq həqiqət tam əksidir. Çünki evlilikdə şəhvət bitdikdə eşq, arzu, maraq da bitir. Bunların olmadığı evlilik isə yalnız bir ev yoldaşlığından ibarətdir”.

Ovçuluq oyununu yenidən səhnələşdirin

Ova gedərkən ovlanmaq da olar, ov və ovçunun yeri dəyişə də bilər. C. Keçe bu məqamda eşq oyunlarından bəhrələnməyi məsləhət görür. Eşq oyunları əslində ov və ovçu hekayəsidir, xəyal gücü ilə məhdud fantaziyadır. Qadınlar ümumiyyətlə ovdur, kişilər isə ovçu. Ovçuda ov ehtirası olur: “Bunun üçün də qadınlar onlara doğuşdan verilən xüsusiyyətləri, eynilə ilk ov günündəki cazibədarlığını yenidən qaytarmalıdır. Sevgili olduğunuz vaxtları xatırlayın: qadının ov kimi yaxınlaşıb sonra qaçdığı, kişinin isə ovçu kimi ehtirasla qadını qovduğu günləri. Bax budur qadını qadın kimi, kişini də kişi kimi hiss etdirən, şəhvətin katalizator kimi dövrəyə girdiyi rollar. Bu rollar evliliyi monotonluqdan qurtarmaq, eşq oyunları oynayaraq şəhvəti yenidən canlandırmaq üçün lazımdır”.

Flirt günlərinə qayıdın

Kişilər görmək istəyir, qadınlar eşitmək. Bütün münasibətlərin əsas prinsipi budur. Qadınlar xarici görünüşlərindən istədikləri kimi istifadə edərək kişinin marağını çəkə bilər. Kişi isə qadını cəlb etmək üçün incə və romantik insan olmalıdır: “Bunu etməyi özü bacarmayan cütlüklər münasibətlərindəki ehtirası və romantikanı artırmaq üçün mütəxəssisə müraciət edə bilərlər. Çünki “evlilik müalicəsinə” yalnız bədbəxt və mübahisəli cütlüklər deyil, xoşbəxt bir həyat üçün evliliyə yenidən əvvəlki həyəcanı geri qaytarmaq istəyənlər də müraciət etməlidir”.aile.lent.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar