Xəbər lenti
Nəşriyyatdan 13 min manat olan seyf oğurladı - Polis yaxaladı...

Daxili İşlər Nazirliyinin və Bakı şəhər Baş Polis İdarəsinin Təhlükəsiz Şəhər Xidmətləri, Nəsimi Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda və narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Abşeron rayon sakini, əvvəllər məhkum olunmuş Feyruz Novruzov, Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuş Natiq İsayev, İsmayıl Yusifov, Neftçala rayon sakinləri Vüsal Əsgərov, Şahmar Abdulov və Zəngilan rayon sakini Vüqar Səlimov saxlanılıb.
Manevr.az-ın Daxili İşlər Nazirliyinə istinadən xəbərinə görə, F.Novruzovdan 1,26 qram heroin, N.İsayevdən 1,32 qram, İ.Yusifovdan 2,37 qram, V.Əsgərovdan 1,515 qram, Ş.Abdulovdan 1,375 qram və V.Səlimovdan 1,960 qram tiryək aşkar edilərək götürülüb. Nəsimi Rayon Polis İdarəsi tərəfindən V.Səlimovun və F.Novruzovun ətrafında aparılmış əməliyyat tədbirləri ilə onların sentyabrın 27-də Bakı şəhər sakini Şahbaz Rüstəmxanlıya məxsus "Nəşriyyat evi"ndən 4200 manat pul oğurlamaları müəyyən edilib.
Araşdırmalar zamanı V.Səlimovun sentyabrın 26-da "Qanun" Nəşriyyatı MMC-yə məxsus ofisdən də içərisində 13 min manat olan seyfi oğurlaması, həmçinin həmin MMC-də çap şöbəsində işləməsi də müəyyən edilib.
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar