Xəbər lenti
Azərbaycanda İLK : Ana bətnindəki dölə qan köçürüldü
Respublikada ilk dəfə olaraq ana bətnində dölə qan köçürülüb.
Azərbaycan Tibb Universitetinin mətbuat xidmətindən verilən məlumata görə, bu ilkə ATU-nun Tədris Cərrahiyyə Klinikasının ginekologiya şöbəsinin müdiri Uzman Dr. Turab Canbaxışov imza atıb.
T.Canbaxışov bildirib ki, pasiyent 1 həftə əvvəl klinikaya müraciət edib. Daha əvvəl başqa bir klinikada hamiləliyi izlənilən pasientə ultrasəs müayinəsi zamanı dölün qarnına su yığıldığı deyilib. Bununla bərabər dəri və dərialtı toxumalara su yığıldığı üçün ödəm başlayıb. Döldə belə vəziyyət, adətən, qan uyğunsuzluğu, rezus uyğunsuzluğu və ya viral problem əsnasında yaranır. Bundan başqa analizlər nəticəsində virus və virus antitellərinə rast gəlindiyi də deyilib: "Eyni simptomları biz də müşahidə etdik. Müayinə etdik və virus antitellərinə qarşı da analiz götürdük. Ancaq analizlərin nəticəsi mənfi çıxdı. Tək problem qan uyğunsuzluğu idi. Qan qrupunun uyğunsuzluğunu ana bətnində ikən aşkar etmək çətin olur. Buna baxmayaraq, analizlərin cavabı müsbət çıxdı. Dopler müayinəsi zamanı uşağa ciddi anemiya diaqnozu qoyuldu. Ciddi anemiya olduğu üçün müalicənin yeganə üsulu ana bətnində dölə qan köçürülməsidir. Dölün çəkisinə, həftəsinə və hemoqlobin dəyərinə görə ümumi miqdar hesablanır və qan köçürülür. Biz bu prosesi uğurla həyata keçirdik”.
Həkim qeyd edib ki, dölün bu həftəsinə görə hemoqlobin dəyəri normada 14-15 g/dl olmalıdır: “Bizim müayinə etdiyimiz döldə isə bu dəyər qanköçürmədən əvvəl 7.5 g/dl olub. Biz dölə xüsusi qaydada yeni hazırlanmış eritrosit kütləsindən 96 ml qan köçürdük. Bu məhlulu verdikdən sonra dölün qan dövranındaki hemoqlobin dəyəri 11.7 g/dl oldu. Hazırda dölün vəziyyəti yaxşıdır. 1 həftə ərzində döldə olan ödemin çəkilməsini gözləyəcəyik. Əgər lazım gələrsə, bu proseduru hamiləliyin sonuna qədər 2-4 həftə aralıqla daha 2 dəfə edəcəyik.”Aile.lent.az.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar