Xəbər lenti 
					
 
		Gənclər Hadi Şəhriyarla görüş təşkil edib -Məhəmmədhüseyn Şəhriyarın oğlu ilə

Yunis Əmrə İnstitutu Bakı Türk Mədəniyyət Mərkəzində bir qrup gənc yazarın təşkilatçılığı ilə bütöv Azərbaycanın ünlü şairi, ustad Məhəmmədhüsey Şəhriyarın oğlu Hadi Şəhriyarla görüş keçirilib.
Ziyalıların, ədəbiyyat nümayəndələrinin və gənc yazarların iştirak etdiyi tədbiri giriş sözü ilə açan gənc şair Emil Rasimoğlu Məhəmmədhüseyn Şəhriyarın keçməkeşli və çoxşaxəli həyat və yaradıcılığından bəhs edib.
Sonra Mərkəzin əməkdaşı Əli İhsan Çevik, Azərbaycan Yazıçılar Birliyinin Güney Azərbaycan bölməsinin sədri, şair Sayman Aruz, ustad Şəhriyarın oğlu Hadi Şəhriyar, təbrizli tənqidçi Məhəmməd Rəhmanifər, urmiyalı şairə Sümayə Əsədi, şair Fərqanə Mehdiyeva, ədəbiyyatşünas-tənqidçi İradə Əlili, şair Nəriman Zeynalzadə, gənc yazar İntiqam Yaşar, “Buta fm Radio və Televiziya” MMC-nin baş redaktoru, gənc yazar Şahanə Müşfiq və başqaları çıxış edərək ölməz şair Məhəmmədhüseyn Şəhriyarın həyat və yaradıcılığı, onun Güneyli, Cənublu Azərbaycan ədəbiyyatındakı yeri və rolu haqqında geniş fikirlər sərgiləyiblər. Gənc aşıq Dərya Cəbrayıllının ifası isə xüsusi maraqla qarşılanıb.
Görüşün sonunda xatirə şəkilləri çəkilib.
Onu da xatırladaq ki, ustad şairin oğlu Hadi Şəhriyar artıq 5 gündür paytaxtımızda qonaqdır.
Manevr.az


 
	   
	    
		
		
	
	
 	Xəbəri paylaş
	
			
 
   
  
                
                
            
             
            
Çox oxunanlar
Son yüklənənlər



 Axtarış
 Reklam 
				 
 İqtisadiyyat 
       
		 Kriminal 
       
		 Yazarlar
       İmarət Cəlilqızı
		   
Emil Rasimoğlu
		   
Emil Rasimoğlu
		   
Emil Rasimoğlu
		   
Cahangir NAMAZOV
		   
-Təranə Dəmir
		   
- Sevil Nuriyeva
		   
 Sorğu 
				 Portalımızı dəyərləndirin.
 Çox oxunanlar 
 
				 
















 
 















