Sizin Reklam Burada
Xəbər lenti
21-11-2024
20-11-2024
BÜTÜN XƏBƏRLƏR

Zülfüqarlı qardaşlarından yağmalanan zavodda məzhəkə

Tarix: 11-08-2016 09:28     Baxış: 3513 A- / A+
 Zülfüqarlı qardaşlarından yağmalanan zavodda məzhəkə

“Bakıpoladtökmə” zavodunda hesabat-seçki yığıncağı təyin olunub, təzə sədrin seçilməsi nəzərdə tutulur...

Hazırda Türkiyədə mühacir həyatı yaşayan Zülfüqarlı qardaşlarının əllərindən alınmış zavodlardan birində - “Bakıpoladökmə”də hesabat-seçki yığıncağı təyin olunub. Avqustun 16-na təyin olunan yığıncaq haqda redaksiyamızı bilgiləndirən zavodun kiçik səhmdarlarından biri deyib ki, tədbirdə zavodunun idarə heyətinə yeni sədrin seçilməsi də nəzərdə tutulur.

“Zavodu Zülfüqarlı qardaşlarının əlindən alandan sonra biz kiçik səhmdarlara dedilər ki, sizin səhmləriniz ”it-bata" düşüb, gedin işinizlə məşğul olun, sizin zavodda payınız yoxdur. Bu əsasla da bizə divident verməkdən imtina etdilər. Amma hər dəfə hesabat yığıncağı keçirəndə biz kiçik səhmdarlara məktub yazıb zavoda çağırırlar. Sübut edirlər ki, səhmlərimiz “it-bata”a düşməyib, sadəcə, divident verməmək üçün belə deyirlər", - deyə adının çəkilməsini istəməyən kiçik səhmdar biri "Yeni Müsavat"a bildirib.

Əlavə edib ki, zavod Zülfüqarlı qardaşlarının əlindən alınandan sonra fəaliyyətsiz duruma gətirilib: “Zülfüqarlıların dövründə zavodda 1500 işçi vardı. Tutub əllərindən aldılar, özlərini ölkədən didərgin saldılar. İndi zavodda 200 nəfər işçi qalır. Biz kiçik səhmdarlar 186 nəfərik, zavodun ümumi səhmlərinin 3 faizinin sahibiyik. Zülfüqarlıların dövründə bizlərə divident verirdilər. Zülfüqarlıları 2010-cu ildə həbs edib zavodu əllərindən aldılar, o gündən bu yana bizlərə 1 qəpik də olsun divident verməyiblər. İşdən çıxarılan şəxslərin pullarını belə vermirlər”.

Qeyd edək ki, Nurəddin və Loğman Zülfüqarlı qardaşları 2003-cü ildə açıq tenderə çıxarılmış “Bakı Poladtökmə” zavodunun səhmlərinin 96 faizini alıblar. Çökmüş iqtisadiyyatı olan hər iki zavodun işçilərə, dövlətə və müəssisələrə olan borcları ödənilib, müəssisələrə iri məbləğdə sərmayə qoyulub. 2010-cu ildə zavod zorla Zülfüqarlılardan alınıb, özləri müxtəlif bəhanələrlə həbs ediliblər.

2011-ci ilin yanvar ayında ölkəni tərk etdikdən sonra Nurəddin və Loğman Zülfüqarlı qardaşları öz hüquqlarının bərpası üçün müxtəlif iddia tələbləri ilə məhkəmələrə üz tutublar. Yerli məhkəmələrdə ədalətli qərara nail ola bilmədiklərindən Zülfüqarlı qardaşları Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət ediblər.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar