Sizin Reklam Burada
Xəbər lenti
22-11-2024
21-11-2024
BÜTÜN XƏBƏRLƏR

Məşhur aşpaz: “Bülənt Ərsoy ən bol bəxşiş verən, Murat Boz isə...” - FOTOLAR

Tarix: 27-10-2016 23:12     Baxış: 4371 A- / A+
Məşhur aşpaz: “Bülənt Ərsoy ən bol bəxşiş verən, Murat Boz isə...”


25 ildən çoxdur ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın şəxsi aşpazı olan Cüneyt Asan Bakının qonağı olub.

Manevr.az xəbər verir ki, Türkiyəli məşhurlardan çoxunun üz tutduğu məşhur restoranlar şəbəkəsinin sahibi olan C.Asan maraqlı açıqlamalar verib. Qəssab-aşpaz tanınmışların yemək zövqündən danışıb.

Bülent Ersoy, Kıvanç Tatlıtuğ, Demet Akalın, Murat Boz, Kənan İmirzalıoğlu, Şener Şen kimi Türkiyənin çox məşhur insanlarına xidmət etdiklərini deyən C.Asan onların arasında daha çox Bülent Ersoyun fərqləndiyini deyib: “Bülent Ersoyun Türk musiqisində də öz yeri var. Yeməkdə də özünəməxsus yemək tərzi və zövqü var. Bizə gəlməzdən əvvəl mütləq zəng edir və nə istədiyini deyir. Onun menyusunu onun damaq dadına və zövqünə uyğun hazırlayırıq. Bülent Ersoy yemək yeməyi çox sevir, yemək yedikdə özünü xoşbəxt hiss edir, enerjisi yüksəlir, qəhqəhə çəkir, onun üçün yemək bir xoşbəxtlikdir. Ətin ən ləzzətli yeri yağlı hissəsidir, o da bunu bəyənir. Çünki ət öz yağı ilə bişdiyi üçün çox ləzzətli olur, o da bunu çox yaxşı bilir. Məsələn, gəldikdə antrikot yemək istəyirsə, mütləq antrikot olmalıdır. Antrikot yemək istəyirsə, mütləq onu yeyəcək, başqa heç nəyi qəbul etməz. Çünki ağlında, beynində, qəlbində odur. İstədiyi yeməyi yemədikdə özünü xoşbəxt hiss etmir. Belə bir xüsusiyyəti var”.

C.Asan bildirir ki, onun personalının ən sevimli müştərisi isə Murat Bozdur: “Ona görə də hər zaman onun üçün ən yaxşısını hazırlayıb təqdim edirlər. O da əti çox sevir. Sənətçilərin çoxu idmanla məşğul olduqları üçün daha çox ət yeyirlər. İdman və ət onlar üçün çox önəmlidir. Əzələlərin inkişafı, enerji, güc olması ət mütləqdir. Bilirsiniz ki, sənətçilər uzun müddət səhnədə dururlar, ona görə də idman və ətə ehtiyacları olduğu üçün onlardan vaz keçə bilmirlər. Ət yeməsələr hazır qidalardan ətdə olan vitaminləri almalıdırlar. Ət də təbii qida olduğu üçün onu yeyirlər”.

C.Asan məşhurların bəxşiş vermə mövzusuna da toxunub. Onların arasında isə yenə də B.Ersoy fərqlənir: “Personala qarşı hamısı əliaçıqdır. Amma Bülent Ersoyun günüdürsə, əgər özünü xoşbəxt hiss edirsə, sadəcə personaldakı insanlara çox bəxşiş vermir, həm də restorandan çıxdıqdan sonra qarşısına çıxan hər kəsə pul verir”.musavat.com

Məşhur aşpaz: “Bülənt Ərsoy ən bol bəxşiş verən, Murat Boz isə...”

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar