Sizin Reklam Burada
Xəbər lenti
24-11-2024
23-11-2024
BÜTÜN XƏBƏRLƏR

Deputatdan SOCAR-dakı nurçular haqda müdhiş faktlar

Tarix: 10-08-2016 20:16     Baxış: 3561 A- / A+
Deputatdan SOCAR-dakı nurçular haqda

“Sosial şəbəkədə bəzi statuslarda Türkiyədə SOCAR-a böyük zərbə vurulduğunun sevinclə vurğulandığına rast gəldim. SOCAR-ın kadrlarının gülənçilərdən ibarət olduğunu və bunların hamısının Türkiyə hökuməti tərəfindən işdən uzaqlaşdırıldığını yazırlar.
Üstəlik də SOCAR rəhbərliyini gülənçilərə simpatiyada ittiham edirlər. Bildiyim qədər SOCAR rəhbərliyindəki şəxslərin demək olar ki, hamısı Anadolu türklərin təbiri ilə desək, laik həyat tərzi yaşayan insanlardır və hansısa dini dünyagörüşü mənimsədikləri barədə ortada bilinən bir fakta rast gəlinməyib”.


Manevr.az-ın məlumatına görə, bunu deputat Fazil Mustafa Facebookk səhifəsində açıqlayıb.

Millət vəkilinin fikrincə, dindar olmayan adamların camaatçı olmasını iddia etmək həqiqətən maraqlıdır: “Xatırlayıram ki, tanıdığım şəxslərdən biri nə həbsə atılana qədər, nə də həbsdən sonrakı yaşamında bir dəfə də olsun namaz qılmamışdı, ancaq bir neçə il vəhabi adı ilə həbsxanada qalmalı olmuşdu. Namazsız vəhabi olduğu kimi, namazsız camaatçı da olmaq mümkün imiş.
Demək ki, Azərbaycanda kiminsə haqqında söylədiyinin əsası olması vacib deyil, istədiyin yarlığı yapışdır, özü gəlib yerinə oturacaqdır. Mən SOCAR-ın gördüyü bəyənilən, bəyənilməyən işləri bir tərəfə qoyuram.
Sadəcə Azərbaycanın adı ilə dünyaya çıxan bu şirkətin kadr siyasəti ilə bağlı müşahidələrimi diqqətə çatdırmaq istəyirəm. SOCAR-ın neft-kimya sahəsində gənc kadrlara ehtiyacı varsa, bunu haradan almalıdır sualı ətrafında biz azca düşünək”
.

F.Mustafa hesab edir ki, birinci növbədə xaricdə uğurla təhsil almış Azərbaycan gəncləri arasından yüksək səviyyədə bilgisi olan və ingiliscəsi sözsüz ki, mükəmməl olan kadrları işə cəlb ediblər: “Bunların bir qismi Azərbaycandakı "Çağ" öyrətimin məzunlarıdır və təhsillərini xaricdə uğurla davam etdirənlərdir.
İkincisi, Azərbaycan daxilindən üç ali təhsil ocağı var ki, oradan məzunları işə cəlb edə bilərlər. Ənənəvi olaraq Neft Akademiyasından götürülməsinin çətinliyi ondan ibarətdir ki, mərhum Siyavuş Qarayevin rektorluğundan üzü bəri bu təhsil ocağı bütün keyfiyyət göstəricilərini itirmiş durumdadır, indi-indi yeni rektorun səyləri nəticəsində müəyyən dəyişikliklər həyata keçirilməyə çalışılsa da, dirçəliş üçün xeyli vaxt tələb olunur”.

Deputat bildirib ki, ikinci təhsil müəssisəsi Qafqaz Universitetidir: “Buranın məzunları həm ingiliscə lazımi səviyyədə olurlar, həm də ixtisas üzrə Azərbaycan şərtlərində ən hazırlıqlı mütəxəssislər sayılırlar.

Burada da bir neçə yönətici istisna olmaqla, böyük əksəriyyət camaatçı zehniyyətdən uzaq insanlardır və sırf praqmatik seçimlə burada dərs deyirlər və ya oxuyurlar.
Üçüncü mənbə isə Ali Neft Məktəbidir ki, burada da təhsilin keyfiyyəti yüksəkdir və neft sənayesində ixtisaslı kadrlar hazırlanmasında əhəmiyyətli işlər görülür. Bu məktəb nisbətən yeni olduğuna görə, hələ ki, SOCAR-ın kadr boşluğunu tam mənasıyla doldura bilmir.

Belə bir şərtlərdə SOCAR-ın işə götürdüyü kadrların içində "Çağ" öyrətimdən məzun olan şəxslər əhəmiyyətli yer tutursa, şirkət illah da hansısa yarlıq qoşulmasın deyə, Pedoqoji Universitetdən və ya Slavyan Universitetindən kadr götürə bilməz ki?

SOCAR-ı hansısa bəyənmədiyiniz işinə görə ittiham edirsiniz edək, ancaq ABŞ və Avropada təhsil almış savadlı Azərbaycan övladlarını işə götürməyə görə qınamaq, bu kadrları kütləvi şəkildə şübhəli şəxslər qismində təqdim etmək, hamısına sanki Türkiyədə hərbi çevriliş etməyə çalışan şəxslər kimi baxmaq həqiqətən üzücüdür”.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar