Xəbər lenti
Tanınmış yazıçının oğlu bacısının məhkəməyə gətirilməsini istədi
Tanınmış yazıçısı Fərman Kərimzadənin oğlu Əziz Kərimzadənin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
Manevr.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən məhkəmə prosesinə şahidlər gəlməyib.
Təqsirləndirilən şəxsin bacısı Yeganə Kərimzadə və İlkin Abdullayev xəstə olduqları üçün prosesdə iştirak etməyiblər.
Hakim qeyd edib ki, İlkin Mehdiyevin məhkəməyə məcburi gətirilməsi üçün Cəlillabad rayon polis şöbəsinə qərar göndərilib.
Hakim bildirib ki, İlkin Mehdiyev əsas şahidlərdən biridir və onun dindirilməsi vacibdir.
"İlkin Mehdiyevin barəsində məcburi gətirilmə barədə qərar qəbul etmişik. Bu qərarın icra olunması üçün tədbir görülməlidir".
Əziz Kərimzadə qeyd edib ki, bacısının da ifadəsi çox önəmlidir.
O, bacısı ilə İlkin Mehdiyevin eyni gündə məhkəmədə dindirilməsini istəyib.
"Bacım elə ifadə verəcək ki, sonra İlkin Mehdiyevin dindirilməsi lazım olacaq. Bu səbəbdən onların eyni vaxtda dindirilməsi lazımdır. Bu çox ciddi işdir, işə də baxılmasının əhəmiyyəti var"- deyə o, bildirib.
Məhkəmə prosesi noyabrın 4-də davam edəcək.
Xatırladaq ki, sonuncu prosesdə zərərçəkmiş Firuzə Qasımova ifadə verərək təqdirləndiriıən şəxsin ona 6500 manat borclu olduğunu demişdi. F.Qasımova Əziz Kərimzadəyə iş qurmaq adı ilə 10 min borc verdiyini qeyd etmişdi.
Qeyd edək ki, Ə.Kərimzadə barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanıb. Bu iş üzrə 4 nəfər zərərçəkmiş şəxs var.
Ə.Kərimzadə Bakı şəhəri 3 saylı Hüquq Məsləhətxanasının vəkili olub.
O, əvvəllər də dələduzluq əməli törədib. 2012-ci ilin noyabr ayının 27-də Bakı Ağır Cinayətlər Məhkəməsində, Ə.Kərimzadə və onun tanışı Azər Qurbanov 3 il müddətinə şərti olaraq azadlıqdan məhrum edilmiş, məhkəmə zalından azadlığa buraxılmışdı.Musavat.com
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar