Xəbər lenti
İşə metroyla gedən rektor... - Azərbaycanda qəribə qarşılanan olay
Moderator.az-da az əvvəl təhsil eksperti Etibar Əliyevin Bakıda universitet rektorunun metrodan istifadə etməsi ilə bağlı yazısı getmişdi. E.Əliyev bu barədə məlumat versə də, rektorun kimliyini açıqlamamışdı. Necə deyərlər, oxu atıb, yayı gizlətmişdi. Ancaq, axtarış aparmaq üçün bir ip ucu vermişdi, rektorun və ya universitetin adını bildirməsə də, onun vəzifəyə yeni təyin olunanlardan biri olduğunu qeyd etmişdi.
Saytın araşdırmasından məlum olub ki, sözügedən rektor Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru Mustafa Babanlıdır.
“Metroda tez-tez görünən rektor sizsinizmi?” sualını cavablandıran rektor bunun qəbahət və ya qeyri-adi bir şey olmadığını bildirib:
“Sürücü də insandır, onun da hər hansı bir işi çıxa bilər. Yaxud da yollarda tıxac olanda tələsdiyim məkana gecikə bilərəm. Buna görə də ən tez başa gələn və rahat nəqliyyat vasitəsi olan metrodan istifadə edirəm. Tələbələrimlə metroda tez-tez qarşılaşırıq. Dəfələrlə maraqlı hadisələr də yaşanıb. Onlar məni metroda, qatarda görəndə çox təəccüblənirlər. Amma çox sual vermirlər, daha çox yaxınlaşıb şəkil çəkdirmək istədiklərini bildirilər. Və yaxud da hansı məsələ, problem barədə soruşurlar və mən də onlara istiqamət verirəm.
Məndən Moskva Dövlət Universitetinin sabiq rektoru akademik Anatoli Loqunov kimi işə gəlmək üçün velosipeddən də istifadə edərsinizmi deyə soruşurlar. Cavab verirəm ki, velosipeddən istifadə etsəm yəqin ki, birmənalı qarşılanmaram. Həm də velosipedə bir o qədər marağım yoxdur. Ancaq metrodan, ictimai nəqliyyatdan istifadə etmək, insanların arasında olmaq, onlarla ünsiyyət qurmaq mənim üçün çox xoşdur”.
M.Babanlı metrodan piar məqsədilə istifadə edənlərə də münasibət bildirdi:
“Metro çox rahatdır və ünsiyyət üçün metrodan gözəl vasitə yoxdur. Ancaq gərək bu xüsusi hazırlanmış, piar xarakterli bir iş olmaya. Məni metroda görsünlər deyə bir gün metrodan istifadə etmək artıq yaraşmayan bir işdir. Mütəmadi olaraq metrodan istifadə etdikdə isə bu adi hala çevrilir, heç kim də narahat olmur”.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar