Xəbər lenti 
					
 
		''Küsüb-barışan'' gül hər kəsi mat qoyur - - VIDEO

Tovuzda yaşayan Türkanə Məsimova dibçək və dekorativ güllərin həvəskarıdır.
Manevr.az ARB24-ə istinadən xəbər veri ki, Türkanə Məsimova həyatının ayrılmaz bir parçası kimi qəbul etdiyi bitkilərinə sevə-sevə qulluq edir, lazım olan zamanda suvarır, torpağını yumşaldır. Hazırda Türkanənin yüzə yaxın dibçək gülü var ki, onlardan biri ona daha əzizdir.
Türkanə Məsimova: "Atamla anam mənə qışqırdıqda mən küsürəm. Bu gül də evdə səs olduqda, başqa güllərin yanında olmayanda və toxunanda küsür, yarpaqları yığılır. Axşam işığı keçirdikdən sonra qaranlıqda da gülün yarpaqları yığılır və səhər üstünə işıq düşəndə gülün yarpaqları açılır. Yəni o da insan kimi həm yatır həm də oyanır".
Gülün yenidən öz vəziyyətinə qayıtması üçün 15 dəqiqə vaxt lazımdır. Türkanənin "dəymə-düşər" adı verdiyi bu bitki xüsusi qulluq və diqqət tələb edir.
Türkanə Məsimova: "Digər güllərimi bir həftədən bir sulayıram amma bu gülü iki həftədən bir sulamaq lazımdır. Görürsüz ki, isti yerdə saxladığım üçün tumurcuqlanıb. Bu gül çəhrayı rəng çiçək açacaq".
Balaca qəhrəmanım sevimli güllərinin sayını daha da artırmaq istəyir. Ən böyük arzusu isə kolleksiyasına "xarıbülbül" bitkisini əlavə etmək və öz alın təri ilə qulluq edib, ərsəyə gətirdiyi gül-çiçəkləri işğal alında olan torpaqlarımız azad olunduqdan sonra orada əkməkdir.
	
	
	
 	Xəbəri paylaş
	
			
 
   
  
                
                
            
             
            
Çox oxunanlar
Son yüklənənlər



 Axtarış
 Reklam 
				 
 İqtisadiyyat 
       
		 Yazarlar
       İmarət Cəlilqızı
		   
Emil Rasimoğlu
		   
Emil Rasimoğlu
		   
Emil Rasimoğlu
		   
Cahangir NAMAZOV
		   
-Təranə Dəmir
		   
- Sevil Nuriyeva
		   
 Sorğu 
				 Portalımızı dəyərləndirin.
 Çox oxunanlar 
 
				 
















 
 















