Sizin Reklam Burada
Xəbər lenti
29-04-2024
28-04-2024
BÜTÜN XƏBƏRLƏR

Mal-qara oğurlayan dəstə üzvləri tutulub

Tarix: 01-08-2016 08:24     Baxış: 2488 A- / A+
Mal-qara oğurlayan dəstə üzvləri tutulub

Onlar ümumilkdə 10-dan çox heyvan oğurlayıblar.

Lənkəran rayonunda müxtəlif vaxtlarda iri və xırda buynuzlu mal-qara oğurluğunda təqsirli bilinən dəstə üzvləri tutulub.
"Report"un Cənub bürosunun məlumatına görə, Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin (LŞRPŞ) əməkdaşları ilk olaraq Lənkəran şəhəri, Mirsalayev küçəsi, ev 31-də qeydiyyatda olan və Şilavar kəndində yaşayan 22 yaşlı Zəkizadə Seymur Qəhrəman oğlunu yaxalayıblar.
O, özgə əmlakını qabaqcadan əlbir olan bir qrup şəxs halında gizli olaraq talamaqda təqsirləndirilir.
LŞRPŞ-dən faktla bağlı bildirilib ki, "Seymur Zəkizadə 17 dekabr 2015-cı il tarixdə həmkəndlisi Abbasov Fərhad Ağabalı oğluna məxsus iki baş inəyi yaşadığı kənddə yerləşən örüş sahəsindən gizli olaraq talamaqla, zərərçəkən şəxsə ümumilikdə 1592 manat məbləğində ziyan vurub. Növbəti dəfə 19 yanvar 2016-cı il tarixində, həmkəndlisi Ağayev İdris Ramazan oğluna məxsus 1100 və 500 manat qiymətində iki baş inəyi yaşadığı kənddə yerləşən örüş sahəsindən gizli olaraq oğurlayıb. Bundan sonra 23 yanvar 2016-cı il tarixdə Lənkəran şəhəri, Füzuli küçəsi, ev 85-də yaşayan İskəndərov Seyidəli Qafar oğluna məxsus 1000 manat qiymətində bir baş inəyi Lənkəran şəhəri, M.F.Axundov küçəsində yerləşən hasarlanmamış torpaq sahəsindən gizli olaraq talamaqla oğurluq edib".
Həmçinin qeyd olunur ki, Seymur Zəkizadə həmkəndlisi Ağazadə Tural Ceyhun oğlunu da oğurluğa sövq edib. Onlar Lənkəran rayonu, Şilavar kəndi ərazisində yerləşən örüş sahəsindən Hüseynov Ağarza Xeyrulla oğluna məxsus 150 manat qiymətində bir baş qoyunu oğurlayıblar. İyunun 19-da Hüseynova Mehriban Cabir qızına məxsus 2 min 100 manat qiymətində üç baş, Qurbanov Təvəkkül Məmmədağa oğluna məxsus 800 manat qiymətində bir baş inəyi gizli şəkildə mənimsəyiblər. Qrup üzvləri üç gün sonra Hüseynov Ağarza Xeyrulla oğluna məxsus fərdi yaşayış evinin həyətinə qanunsuz daxil olaraq oradan 450 manat qiymətində 3 baş qoyunu oğurlayıblar."
Aparılan axtarış-əməliyyat tədbirləri nəticəsində dəstənin daha bir üzvü də saxlanılıb. 51 yaşlı Zəkiyev Qəhrəman Nəzər oğlu, Zəkizadə Seymurun atasıdır.
Dəstə üzvlərinə qarşı CM-nin müvafiq maddələri üzrə cinayət işi başlanıb.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar