Sizin Reklam Burada
Xəbər lenti
21-02-2025
20-02-2025
BÜTÜN XƏBƏRLƏR

Rəisin restoranında yeyib-içənlərə DYP-dən "yaşıl işıq"...

Tarix: 20-10-2016 11:32     Baxış: 6392 A- / A+
Rəisin restoranında yeyib-içənlərə DYP-dən "yaşıl işıq"...

Sabir Rüstəmxanlı


Nə deyirlər desinlər, bizim millət çox istedadlıdır! Hətta şeytanı mat qoyan bir istedadımız var. Bu istedadı elmin, texnologiyanın inkişafına yönəltsək, indi Allah bilir, dünyanı hansı inkişaf səviyyəsinə qaldırmışdıq. Ancaq bizim elmlə işimiz yoxdur...

Bölgələrimizin birində dostlarımız maraqlı bir əhvalat danışdılar. Mənə inandırıcı görünmədi. Onlarsa gündəlik həyatlarının normal əhvalatlarından kimi danışırdılar:

”Bizim rəisin (söhbətin məntiqindən polis rəisini nəzərdə tutduqları bilinirdi) şəhər kənarında bir restoranı var. Bu, o qədər də təəccüblü məsələ deyil. İndi böyüklərin çoxunun çoxlu belə “obyekti” var. Ancaq bu restoran gücə-gündüz doludur. Rəisə məhəbbətdən deyil. Sadəcə, orada yeyib-içənlər çıxıb gedəndə onlara xüsusi bir kağız verirlər”.

“Nə kağız? Onların xidmətindən istifadə etdiklərinə görə təşəkkürlərini bildirirlər?”

Həmsıhbətim gülür.

“Nə təşəkkür, müəllim? Kağız verirlər ki, bu adam filan restoranda yeyib-içmişdir”

Birdən elə bil ildırım vurdu məni:

“Məqsəd də budur ki, yol polisinin onlarla işi olmasın?!”

“Bəli!” – dedi,- “Siz arif adamsınız, O dəqiqə başa düşdünüz. Bu yolla içki həvəsksrlarının hamısını ora yönəldirlər”.

Məni gülmək tutmuşdu. Ancaq buna həm də ağlamaq olardı. Rüşvət, qeyri-qanuni təzyiqlər öz yerində, qazanmaq üçün indi də bu yollara əl atırlar. Hansı millətin ağlına gələr?..

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar