Xəbər lenti
Xaricdə təhsil şirkətləri insanları aldadır -XƏBƏRDARLIQ
“Xaricdə təhsillə bağlı vəd verən şirkətlər Təhsil Nazirliyinin adından istifadə edərək insanları aldadır”.
Manevr.az-ın məlumatına görə, bunu Təhsil Nazirliyinin İctimiayyətlə Əlaqələr sektorunun müdiri Cəsarət Valehov bildirib.
C.Valehovun sözlərinə görə, bir sıra televiziya kanallarında xaricdə təhsillə bağlı reklamlar gedir və reklamlarda xüsusi olaraq qeyd olunur ki, Azərbaycan Respublikası Təhsil Nazirliyi diplomların tanınmasını gerçəkləşdirəcək: “Halbuki heç bir şirkət atesstatla xaricdə təhsil alan tələbələrin diplomlarının tanınması ilə bağlı Təhsil Nazirliyinin zəmanətini almayıb. Bu, insanları aldatmaqdır. Şirkətlər öz subyektiv maraqlarını qorumaq üçün Təhsil Nazirliyinin adından istifadə edir”.
Məsələ ilə bağlı ciddi narazılığını ifadə edən qurum rəsmisi bildirib ki, ümumiyyətlə diplomların tanınmasına zəmanət verilməsi hüquqi bir prosesdir: “Mən düşünürəm ki, həmin şirkətlərlə bağlı müraciət olarsa, hüquqi çərçivədə cəzalar tətbiq oluna bilər”.
C.Valehov son olaraq insanlara xəbərdarlıq edib ki, insanlar saxta zəmanət adı ilə işbazların toruna düşməsinlər: "Təhsil Nazirliyi tələbələrin xaricdə oxuması ilə bağlı “Xaricdə təhsil üzrə dövlət proqramı”, “Dövlətlərarası müqavilələrlə təqaüd proqramı»dan başqa heç bir şirkətlə əməkdaşlıq etmir. Xaricdə təhsil alan tələbənin diplomunun tanınması üçün əvvəlcə onun bitirdiyi universitetdə aldığı tədrisin keyfiyyəti, universitetin necəliyi, tələbənin akademik göstəriciləri, qazandığı kreditlərin sayına qədər hamısı təhlil olunur və bu təhlil öz təsdiqini müsbət mənada tapdıqdan sonra diplomun tanınması prosesi baş verir”.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar