Xəbər lenti
Məhkəmə İlhamə Quliyevanın köməkçisinin vəsatətini təmin edib
Hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə Mehriban Hüseynovanın vəkili Vasif Mirzəyev bir neçə şahidin prosesdə yenidən dindirilməsini istəyib. Vəkil, şahidlər - "Lider" TV-nin əməkdaşı Lamiyə Ələkbərovanın və Xatirə Ramazanovanın ifadə verməsinin vacibliyini qeyd edib. O, eyni zamanda polis əməkdaşları Hikmət Qasımov, Fuad və Amil adlı şəxslərin məhkəmədə dindirilməsinin vacibliyini bildirib.
Prokuror isə bütün şahid və zərərçəkmişlərin məhkəmədə ifadə verdiyini deyərək, vəsatətin əsassız olduğunu vurğulayıb.
Məhkəmə vəsatəti təmin edib və adı çəkilən şəxslərin ünvanlarının öyrənilərək məhkəməyə gətirilməsi barədə qərar qəbul olunub.
Proses oktyabrın 25-də davam etdiriləcək.
Qeyd edək ki, M. Hüseynova Cinayət Məcəlləsinin 29.180.3.2-ci (külli miqdarda soyğunçuluq etməyə cəhd) maddəsinə əsasən ittiham olunur. O, İ. Quliyevanın şikayəti əsasında saxlanılıb.
İ. Quliyeva bu il fevralın 25-də dünyasını dəyişib.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar