Sizin Reklam Burada
Xəbər lenti
22-11-2024
21-11-2024
BÜTÜN XƏBƏRLƏR

İbonu yox, Kafkanı tanıdığı üçün təəccüb edəcəyiniz Məhəmmədin hekayəsi

Tarix: 12-10-2016 19:27     Baxış: 41 664 A- / A+
İbonu yox, Kafkanı tanıdığı üçün təəccüb edəcəyiniz Məhəmmədin hekayəsi


Adım Məhəmməddir, 19 yaşım var. Şəhərin mərkəzində atılmış kağızlar toplayaraq pul qazanıram. İki otaqlı evdə beş tanışımla qalırıq. Mövlud inşaatda çalışır, Hüseyn hanballıq edir, Sidar və Yunus ayaqqabı boyayır. Başqa bir dostumuzda var, Abbas, o çalışmır, dializ xəstəsidir, ona biz baxırıq.

On üç yaşımdan bəri küçələrdən kağız yığıram. İbtidai sinifdə oxuyanda gəldik Ankaraya, dərslərim çox yaxşı idi, yaxşı qiymətlər alırdım, atam məni məktəbdən çıxartdı, küçəyə atdı, "işləyib bir işə yara" dedi. O gündən bəri küçələrdəyəm.

İşləməyə başladığım il atam bizi tərk etdi. Qumar borcu var idi, bir gün səhər yoxa çıxdı, birdə üzünü görmədik. Anam sevərdi məni, "aslan oğlum" deyərdi. Atam gedəndən 4 ay sonra qonşular anama bir adam tapdı. Qumar oynamazmış, namazı, niyazı yerində imiş. Həyat yoldaşı ölüb, iki qızı var və anama xəbər göndərir, "özün qəbulumsan, uşaqlarında qəbulumdur, amma Məhəmməd olmaz". Anam təəccüb edib, niyə olmaz, Məhəmməd də mənim övladımdır. Adam deyib ki, "evdə iki qızım var, halal deyil Məhəmmədlə qızlarımın eyni evdə olması" Üç bacım var, bir-birimizi çox sevərdik. Bir gün anam məni qarşısına oturtdu, "bax, Məhəmməd, səni heç vaxt buraxmayacam, bir müddət dayıngildə qal". Qucaqladı məni, o ağladı, mən ağladım.

Kəbin kəsildi, bir həftədən sonra adam anamıda götürüb Kastamonuya getdi, altı ildir anamı və bacılarımı görmürəm. Onlar gedəndən sonra dayım mənə dediki, "bax, Məhəmməd, sən mənə ananın əmanətisən, arada bizdə qala bilərsən"

Dayım mənə qalmağa yer vermədi, qohumlar, qonşular mənə kömək etmədi, on üç yaşım var idi, Ankarada tək tənha idim.

Altı ildir anamı və bacılarımı görmədim, hərdən getmək istəmişəm Kastamonuya. Gedib onları görmək arzusundayam, amma o adamdan qorxdum, birdən məni döyüb qovsa? Anamnan incimişəm, istəsə məni axtarıb tapardı, zəng edərdi. Bacılarım üçün çox darıxıram. Domino oynayardıq, mən qəstən uduzardım həmişə, onlar uşaqdır, sevinsinlər deyə, halbuki mən də uşaq idim.

Kağız yığanda yanımdan keçən hər kəs çəkinir məndən. Sevgililər keçəndə oğlanlar qızı məndən tərs tərəfə keçirdir. Kişilər, qadınlar, muhafizəkarlar, inqilabçılar, metallika dinləyənlər, İbo dinləyənlər, Kafka oxuyanlar, türbanlılar, mini yupka geyinənlər, hər kəs elə sevgisiz baxırki, elə yad, hoyrat olurlar ki...

İbonu tanımağıma yox, Kafkanı tanımağıma təəccüb etdiz, yəqin. Səyyar kitab satanlardan kitab alıb oxuyuram hərdən. Kafkanın "Milenaya məktublar" kitabını çox bəyəndim.
Çox kitab oxumağı düşünürəm, Nitşenin "Zərdüşt belə dedi" əsərini və Oruç Aruobanın şeirlərini çox istəyirəm oxumaq. Araşdırmalı, oxumalı o qədər yazar və mövzular varki...

Kitab satanlar belə ön mühakiməlidirlər mənə qarşı. Barışdan, insanlıqdan dəm vuranlar məni görəndə alçaldıcı sözlər deyirlər.

Adım Məhemməddir, on doqquz yaşım var. Mənim nifrətli baxışımı, sərtliyimi, saxtakarlığımı görə bilmezsiniz. Anlamaq istəyirəm, "özümü, anamı və sizi". Öyrənmək istəyirəm, yer üzünü, təbiəti və kainatı. Yazmağa da başlayacam. Əvvelcə sevgisizliyi yazacam, sonra zibil qablarına atılan sevgisizlik geri dönüşümə gedib sevgi olaraq çıxacaq qarşıma.

Özümlə bağlı bəzi planlarım var. Əvvəlcə məhkəməyə baş vurub ad və soyadımı dəyişəcəm. Özümə aid bir kitabxana quracam. İşimə görə üstümnən pis iy gələ bilər, amma ən sevdiyim qoxu kitab qoxusudur.

Təbiətdə tək başıma yaşamaq planımda var. Yoruldum seçilməkdən, kənarlaşdırılmaqdan, lənətlənməkdən. Təbiət anaya sığınmaq istəyirəm və buna görə otlarla bağlı kitablar oxuyuram. Otlarla bəslənmək, otlarla sağalmaq, otlarla hüzur tapmaq istəyirəm.

Ev yoldaşım Abbasın böyrək çatışmazlığı var. Onu qardaşım kimi görürəm, ona biz baxırıq, o sağalmamış təbiət ananın yanına getməyəcəm.

Kafka qırx bir yaşında vəfat etdi, onun qədər yaşasam bəsimdir.

Türkiyə türkcəsindən Azərbaycan türkcəsinə Məmmədkamal Paşabəyli uyğunlaşdırdı
("The Geyik" jurnalı)

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar