Sizin Reklam Burada
Xəbər lenti
21-02-2025
20-02-2025
BÜTÜN XƏBƏRLƏR

Bakı kəndlərində jurnalistlər məscidlərə buraxılmayıb -FOTOLAR

Tarix: 12-10-2016 13:54     Baxış: 3504 A- / A+
Bakı kəndlərində jurnalistlər məscidlərə buraxılmayıb

Bu il Bakı kəndlərində Aşura mərasimlərinin keçirilməsinə müəyyən məhdudiyyətlər qoyulub.

Məscidlərin həyətində, həmçinin ondan kənarda dini ayinlərin yerinə yetirilməsinə, ehsan süfrələrinin açılmasına icazə verilməyib. Küçələrdə polislər gücləndirilmiş iş rejimində çalışır, hərəkətə nəzarət edir.

Diqqəti çəkən məqamlardan biri də məscidlərdə mətbuat işçilərinin çəkiliş aparmasına qadağa qoyulmasıdır. Buzovna kəndindəki Cümə məscidində çəkiliş apararkən məscidin işçiləri mətbuatın girişi ilə bağlı xüsusi təlimat olduğunu bildiriblər və içəridə çəkiliş aparılmamasını xahiş ediblər.

Qeyd ediblər ki, bu il Nardaran hadisələrindən sonra hökumət Bakı kəndlərindəki məscidlərə nəzarəti artırıb: "Məscidin axundu Hacı Soltanın mətbuat ilə bağlı xüsusi göstərişi var ki, heç bir çəkiliş aparılmasın. Nardaran olaylarından sonra ehtiyat edirik, Buzovnada bir məscidimiz var, onun da bağlanmasını istəmirik".

Onu da qeyd edək ki, yolboyu kəndin girişindən başlayaraq ziyarətgaha doğru insanlar hərəkət edir. Məsciddə yüzlərlə insan mərsiyələr oxuyub, sinə vurub.

Bu gün qətl sınan vaxta qədər işləmək bəyənilmədiyindən yolboyu bütün ictimai iaşə obyektləri, mağazalar, hətta iri marketlər bağlıdır.musavat.com.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar