Xəbər lenti
“İdrak” liseyi tərəfindən Sumqayıtda “İKT-dən tədris prosesində istifadə təcrübəsi” mövzusunda təqdimat keçirildi - FOTOLAR
Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə “Strateji Yol Xəritəsindən irəli gələn vəzifələr”-in yerinə yetirilməsi istiqamətində, Dövlət və özəl təhsil müəssisələrinin birgə əməkdaşlığı çərçivəsində “İKT-dən tədris prosesində istifadə təcrübəsi” mövzusunda Sumqayıt şəhər 11 saylı tam orta məktəbində “İdrak” liseyi tərəfindən hazırlanmış təqdimat mərasimi keçirildi.
Manevr.az xəbər verir ki, tədbir dövlət himnimizin səsləndirilməsi ilə başladı. İlk öncə Sumqayıt şəhər 11 saylı tam orta məktəbin direktoru İlahə Həsənli çıxış edərək qonaqları salamladı və tədbirin təşəbbüskarı olan “İdrak” liseyinin təsisçisi, professor Mönsüm Alışova təşəkkür etdi. Direktor müavini Şəhla Bağırova çııxış edərək qeyd etdi ki, müasir dövrdə təhsilin yeniləşməsi , ümumi təhsil sistemində “yaddaş” məktəbindən “təfəkkür” məktəbinə keçid günümüzün ən vacib tələblərindən biridir. Tədrisin yüksək səviyyədə təşkilinə nail olmaq üçün yeni təlim texnalogiyalarından və resurslarından istifadə sahəsində ən öndə olan təhsil müəssisələrindən biri də “İdrak” liseyidir.
2008-ci ildən Sumqayıtda, 2014-cü ildən isə Bakıda da fəaliyyət göstərən və yarandığı ilk gündən daim yeniliklərə və müasirliyə doğru inamlı addımlayaraq yüksək nailiyyətlər əldə edən «İdrak» liseyinin daha bir yeniliyi “ Media dərs” layihəsidir.
Daha sonra “İdrak” liseyinin təsisçisi, pedaqoji elmlər doktoru, professor Mönsüm Alışov çıxış edərək “Media dərs” haqqında tədbir iştirakçılarına məlumat verdi. O bildirdi ki, “İdrak” liseyində İKT vasitəsilə hazırlanmış bütün dərslər (”Media dərslər”) “ağıllı lövhə”lərdə yazılır və liseyin yaddaş bazasında saxlanılır. Hər bir şagird xüsusi şifrəsilə evdə internet vasitəsilə liseyin bazasına daxil olur və istədiyi fəndən müəllimlər tərəfindən keçirilən dərslərin izahına təkrar baxmaq və dinləmək imkanı əldə edir.
O vurğuladı ki, “İdrak media dərsləri”ndən digər dövlət təhsil müəssisələrinin şagirdlərinin də istifadə etməsinə məmnuniyyətlə yardım ediləcəkdir.
Sonra “İdrak” liseyinin müəllimləri müxtəlif beynəlxalq tədris proqramlarından istifadə etməklə dərs nümunələri təqdim etdilər və bir neçə “Media dərs” nümayiş etdirdilər. Şagirdlərin bu dərslərdən istifadə etmələrini əks etdirən videoçarxlar nümayiş etdirildi. Tədbirin bədii hissəsində şagirdlərin ifasında şeir və musiqi nömrələri, rəqslər təqdim edildi.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar