Sizin Reklam Burada
Xəbər lenti
22-11-2024
21-11-2024
BÜTÜN XƏBƏRLƏR

“İmam Hüseynə evində ehsan vermək istəyən üçün heç bir problem yoxdur” - Mübariz Qurbanlı

Tarix: 10-10-2016 11:54     Baxış: 3712 A- / A+
“İmam Hüseynə evində ehsan vermək istəyən üçün heç bir problem yoxdur”


“Əminəm ki, İmam Hüseyn (ə) əzadarlığı Azərbaycanda dinc şəraitdə, “Dini etiqad azadlığı haqqında” qanuna uyğun olacaq”.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bildirib ki, Qafqaz Müsəlmanları İdarəsi (QMİ) və Komitə arasında Aşura günü ilə bağlı heç bir fikir ayrılığı yoxdur və bununla bağlı fətva birlikdə qəbul olunub.

Onun sözlərinə görə, “Dini etiqad azadlığı haqqında” qanunda hər şey açıq formada göstərilir: “Dini xarakterli bütün ayinlər məsciddə və yaxud məscidin həyətində keçirilə bilər. O cümlədən dini atributlar, dini xarakterli bu və ya digər bayraqlar məscidin içərisində istifadə olunmalıdır. Dini ayinlərin icrası zamanı qanuna əməl edilməlidir. Bəzi adamların Aşura günü evlərdə bu və ya digər tədbir keçirməyinə gəlincə, biz tövsiyə edirik ki, bütün tədbirləri məscidlərdə təşkil olunsun. Kimsə İmam Hüseyn (ə) adına süfrə açmaq istəyirsə, onu da məscidə göndərib orada təşkil edə bilər. Ənənəvi şəkildə evində süfrə açmaq istəyən olsa, bunda da problem görmürük. Amma kimsə süfrə açmaqdan fərqli olaraq, ayin keçirirsə, əzadarlıq təşkil edirsə, bu, artıq başqa məsələdir. Bir var süfrə açmaq, bir var dini xarakterli yığıncaq keçirmək – bunlar fərqlidir. Yığıncaqlar ancaq məsciddə keçirilməlidir. Bu, Azərbaycanda tək Məhərrəmlik ayına aid deyil. Kim qəm qüssəsini ifadə etmək istəyirsə, bunun üçün məscid var”.(APA)

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar