Xəbər lenti 
					
 
		Sabiq polis rəisinə 200 min "atan" qadın apellyasiya şikayəti verib

Sabiq polis rəisinə qarşı dələduzluq etməkdə təqsirləndirilən Aygün Babaşova barəsində hökmdən apellyasiya şikayəti verib.
Şikayət üzrə ilkin baxış iclası oktyabrın 10-da Bakı Apellyasiya Məhkəməsində keçiriləcək.
Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, Aygün Babaşova 11 il müddətinə azadlıqdan məhrum edilib.
İttiham aktına əsasən, A. Babaşova 8 nəfərin etibarından sui-istifadə edərək ümumilikdə 450 min manat pulu dələduzluq yolu ilə əldə edib. O, həmin şəxslərə bildirib ki, onlarla birlikdə biznes quracaq.
Zərərçəkənlərdən Məhəmməd Məhəmmədov Şəkidə 25 il Dövlət Yol Polisi Bölməsinin rəisi olub. Aygün Babaşova biznes qurmaq adı ilə onun 200 min manatını alaraq dələduzluq edib.
A. Babaşova Cinayət Məcəlləsinin 178.3.2. (külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham olunub.apa.
	
	
	
 	Xəbəri paylaş
	
			
 
   
  
                
                
            
             
            
Çox oxunanlar
Son yüklənənlər



 Axtarış
 Reklam 
				 
 İqtisadiyyat 
       
		 Yazarlar
       İmarət Cəlilqızı
		   
Emil Rasimoğlu
		   
Emil Rasimoğlu
		   
Emil Rasimoğlu
		   
Cahangir NAMAZOV
		   
-Təranə Dəmir
		   
- Sevil Nuriyeva
		   
 Sorğu 
				 Portalımızı dəyərləndirin.
 Çox oxunanlar 
 
				 
















 
 















