Sizin Reklam Burada
Xəbər lenti
22-01-2025
21-01-2025
BÜTÜN XƏBƏRLƏR

Bakıda 200 nəfəri aldadan qadın lombard sahibi həbs olundu

Tarix: 05-04-2018 11:39     Baxış: 4340 A- / A+
Bakıda 200 nəfəri aldadan qadın lombard sahibi həbs olundu


Bakıda vətəndaşlara qarşı külli miqdarda dələduzluq etməkdə təqsirləndirilən Dürrə İsmayılovanın cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

Manevr.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əhməd Quliyevin sədrliyi ilə baş tutan prosesdə hökm oxunub.

O, 5 il 6 ay cəza alıb. Barəsində həbs qətimkan tədbiri seçilib və məhkəmə zalından həbs edilib.

Qeyd edək ki, prokuror Dürrə İsmayılovanın 8 il azadlıqdan məhrum edilməsini, zamində olduğundan barəsində həbs qətimkan tədbirinin seçilməsi və məhkəmə zalından həbs olunmasını təklif etmişdi.

İttihama görə, Xətai rayon Polis İdarəsi tərəfindən Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan 1975-ci il təvəllüdlü Dürrə İsmayılova saxlanılıb.

Xətai rayonu ərazisində lombard işlədən Dürrə İsmayılova xeyli sayda vətəndaşın girov qoyduğu əmlakları mənimsəyib. Onun vətəndaşlara ümumilikdə 300 min manatdan çox ziyan vurduğu iddia olunur.(publika.az)

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar