Xəbər lenti
Şahlar Əsgərov: "Bizim başlıca problemimiz budur: elmə xərclənən pul geri dönmür"
Konfransın açılış mərasimində AzTU-nun prorektoru, professor İlham Pirməmmədov çıxış edərək iştirakçıları salamladı və rektor Xaliq Yahudovun salamlarını çatdırdı. Qeyd etdi ki, iqtisadiyyatın davamlı inkişafı üçün Elm-Təhsil-İstehsalat əlaqələri vahid müstəvidə inkişaf etdirilməlidir.
Təhsil Nazirliyinin Elm sektorunun müdiri Anar Kazımov, AMEA-nın Yüksək Texnologiyalar Parkının (YTP) direktoru, aqrar elmlər üzrə fəlsəfə doktoru Vüqar Babayev, əməkdar mühəndis Mikayıl Abbasov, AzTU-nun professoru, əməkdar elm xadimi Həsən Hüseynov məruzələrlə çıxış ediblər. Çıxışların çoxu səviyyəli idi.
Sonda AzTU-nun İctimai Şurasının sədri kimi mənə də söz verildi. Məruzələrə münasibət bildirdim və qeyd etdim ki, tədbiri dəyərli addım kimi qiymətləndirirəm. Arzu etdim ki, “dövlət”, “texnologiya”, “innovasiya” anlayışlarının dərin mənası dərk edilsin. Bizim yaşadığımız era, “texnoloji sinqulyarlıq” erasıdır. Bu incəlik dərk edilsin. Sinqulyarlıq sözu, həndəsi artım kimi işlədilməməlidir və ya innovasiyanın informasiyanın ötrülməsi kimi də dəyərləndirilməməlidir. “Yüksək texnologiya” sözünün dərin mahiyyəti, “texnologiya” terminindən fərqləndirilməlidir.
Bizim başlıca problemimiz nədir? Başlıca problemimiz budur ki, elmə xərclənən pul geri dönmür. Baxmayaraq ki, elmi məqalələr yazırıq, mötəbər jurnallarda dərc etdiririk, monoqrafiya çap edə bilirik. İstinadlara nail oluruq. Ancaq elm sənaye məhsuluna çevrilmir. Təklif etdim ki, elm ilə istehsal zəncirinin arasında bir texnoloji həlqə də olsun. Texnoloqlar alimlərin elmi nəticələrini texnoloji reseptə çevirsinlər, sənayeçilər də bu reseptlərə əsasən elmi tutumlu məhsul istehsal etsinlər.
Prof. Şahlar Əsgərov
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar