Xəbər lenti 
					
 
		Ermənistanda vergi işçisi İran vətəndaşını oğurladı -QƏRİBƏ OLAY

Ermənistanda vergi işçisi İran vətəndaşını oğurlayıb. Polisin müdaxiləsində sonra qaçırılan şəxs azad edilib.
Azərtac-ın xəbərinə görə, bu ölkənin Dövlət Gəlirləri Komitəsinin vergilər üzrə əməkdaşı başqa bir silahdaşı ilə birlikdə gecə saatlarında Kotayk rayonunun Mayakovski kəndindəki fermanın yanında İran vətəndaşını avtomobilə oturdaraq qaçırıblar.
Cinayətlə bağlı polisə Kotayk şəhərinin sakini, qaçırılan şəxsin dostu Abovyan məlumat verib.
Polisin məlumatına görə, komitə əməkdaşı İran vətəndaşını naməlum istiqamətə apararaq onu öldürməklə hədələyib.
Polis vergi işçisinə zəng edərək girovu azad etməyi tələb edib. Danışıqlardan sonra oğurlanmış İran vətəndaşı azadlığa buraxılıb.
Faktla bağlı cinayət işi başlanılıb.
Mətbuatın yazdığına görə, son vaxtlar Ermənistanda adam oğurluğu, xüsusən də xarici ölkə vətəndaşlarının qaçırılması, qətli, qarət olunması və zorlanması faktları artıb.
Polis bu cür hallara qarşı mübarizə apara bilmir.
	
	
	
 	Xəbəri paylaş
	
			
 
   
  
                
                
            
             
            
Çox oxunanlar
Son yüklənənlər



 Axtarış
 Reklam 
				 
 İqtisadiyyat 
       
		 Yazarlar
       İmarət Cəlilqızı
		   
Emil Rasimoğlu
		   
Emil Rasimoğlu
		   
Emil Rasimoğlu
		   
Cahangir NAMAZOV
		   
-Təranə Dəmir
		   
- Sevil Nuriyeva
		   
 Sorğu 
				 Portalımızı dəyərləndirin.
 Çox oxunanlar 
 
				 
















 
 















