Sizin Reklam Burada
Xəbər lenti
22-01-2025
21-01-2025
BÜTÜN XƏBƏRLƏR

Nazirlikdən mama-ginekoloqun ölümü ilə bağlı AÇIQLAMA

Tarix: 03-04-2018 17:17     Baxış: 2464 A- / A+
Nazirlikdən mama-ginekoloqun ölümü ilə bağlı AÇIQLAMA

"Baku Medical Plaza"nın Qadın xəstəlikləri və Doğum şöbəsinin cərrah mama-ginekoloqu Dr. Səbinə Mirzəyeva vəfat edib.

"Baku Medical Plaza"dan modern.az-a verilən məlumata görə, S.Mirzəyevanın qəfildən təzyiqi qalxıb və beyninə qan sızıb.

Onun həyatını xilas etmək mümkün olmayıb.

Yaxınlarının saytımıza verdiyi məlumata görə, təcili yardım gəldikdə S.Mirzəyevanın nəbzi dayanıbmış. Lakin həkimlərin ilkin yardımı ilə Səbinə xanımın nəbzi geri qayıdıb, onu Mərkəzi Klinkaya aparıblar. Amma xəstə orada vəfat edib.

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova faktı təsdiqləyib.

Cərrah mama-ginekoloq Dr.Sabina Mirzəyeva 2001-ci ildə Azərbaycan Tibb Universitetini fərqlənmə diplomu ilə bitirib. 2001-2003-cü illərdə Milli Onkologiya Mərkəzində cərrah onkoginekoloq kimi fəaliyyət göstərib. 2003-2012-ci illərdə Mərkəzi Neftçilər Xəstəxanasında cərrah mama-ginekoloq işləyib. 2012-ci ildə Almaniyanın Hamburg şəhərində yerləşən Eppendorf Universitetinin mama-ginekologiya kafedrasında yüksək riskli hamiləlik və doğum üzrə təhsil proqramı keçib. 17 il iş təcrübəsi nəticəsində mama-ginekologiya sahəsində çoxsaylı cərrahi əməliyyatlar və doğumlar icra edib. Obstetetrik ve Ginekologiyaya aid çoxsaylı konfrans və konqreslərin iştirakçısı olub. Həkim ailəli olub, iki oğlu var.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar