Xəbər lenti 
					
 
		"DYP rəhbərliyi əgər bu işin öhdəsindən gələ bilmirsə..." - Əməkdar jurnalist Yol Polisini sərt tənqid etdi

Mətbuat Şurası İdarə Heyətinin üzvü, Əməkdar jurnalist Azər Həsrət Dövlət Yol Polisi əməkdaşlarının paytaxtın bəzi yerlərində süni şəkildə yaratdığı tıxac problemlərini kəskin tənqid edib.
Manevr.az jurnalistin özünün "Facebook" səhifəsində yazdığı statusu təqdim edir:
"Bu gün təkrar əmin oldum ki, Cavanşir (Qaqarin) körpüsündə səhər saatlarında tıxacın yaranmasının tək səbəbkarı yol polisləridir. Dəfələrlə demişik ki, svetofor özü hərəkəti hətta o saatlarda belə normal tənzimləməyə yetir. Amma polislər anlamırlar. Özlərinə bəlli olan səbəblərdən hər səhər adamların əsəbilə oynayırlar. Hər səhər eyni qaydada bu adamlar günümüzü zəhrimara döndərirlər. Sadəcə işlərinin öhdəsindən gələ bilmədikləri, amma özlərini iş görürmüş kimi göstərmək istədikləri üçün. Bu DYP rəhbərliyi əgər bu işin öhdəsindən gələ bilmirsə, lütfən, öhdəsindən gələ biləcək mütəxəssisləri dəvət etsin. Dünyanın heç bir normal ölkəsinin böyük şəhərlərində eyni yerdə hər gün eyni saatda eyni problem yaşanmır! Əgər yaşanırsa, deməli oraya məsul olan görəvlilər vəzifələrinin öhdəsindən gələ bilmir. Belə olan təqdirdə, yenə də normal ölkələrdə, o görəvlini dərhal işdən atırlar.
Bu arada, Azərbaycan da normal ölkədir, sadəcə bəzi görəvlilər əllərindən gələni edirlər ki, o da anormal görünsün".
	
	
	
 	Xəbəri paylaş
	
			
 
   
  
                
                
            
             
            
Çox oxunanlar
Son yüklənənlər



 Axtarış
 Reklam 
				 
 İqtisadiyyat 
       
		 Yazarlar
       İmarət Cəlilqızı
		   
Emil Rasimoğlu
		   
Emil Rasimoğlu
		   
Emil Rasimoğlu
		   
Cahangir NAMAZOV
		   
-Təranə Dəmir
		   
- Sevil Nuriyeva
		   
 Sorğu 
				 Portalımızı dəyərləndirin.
 Çox oxunanlar 
 
				 
















 
 















