Sizin Reklam Burada
Xəbər lenti
25-11-2024
24-11-2024
BÜTÜN XƏBƏRLƏR

Millət vəkilimizdən müdhiş TƏKLİF: "LƏĞV OLUNMALIDIR"

Tarix: 03-04-2018 11:25     Baxış: 2443 A- / A+
Millət vəkilimizdən müdhiş TƏKLİF: "LƏĞV OLUNMALIDIR"

Ölkənin hərtərəfli inkişafı üçün öncə təhsilli vətəndaşlara ehtiyacı var. Amma bu təhsil ötəri yox, ciddi islahatlar fonunda həyata keçirilməlidir.

Manevr.az xəbər verir ki, AzEDU saytı təhsilin günümüzdəki əsas, gözədəyən problemləri ilə bağlı millət vəkili Fazil Mustafanın fikirlərini öyrənib:

"Mən əsas problemi təhsilin əlçatanlığında görürəm. Birincisi, Azərbaycan uşaqlarının hamısının təhsillə təmin olunmması üçün daha fərqli metodologiya tətbiq olunmalıdır. İkinci növbədə isə bölgələrdə qızların təhsili ilə bağlı ciddi problemlərin olduğunu düşünürəm. Onların təhsili üçün alternativ variantların tapılmasını təklif edirəm. Qızlar üçün özəl peşə liseylərinin açılmasını, onların orada təhsil almasını təmin etmək və Azərbaycan qadınının savadlı olması yolunun tapılması mütləqdir".

Deputat bunun qızların sosiallaşmasına nə dərəcədə təsir göstərəcəyi haqda da danışıb:

"Onsuz da orta təhsilin Azərbaycan uşaqlarının mükəmməl savadlı yetişməsinə effektiv təsiri yoxdur. Çünki daha çox insan imtahanlara repititor vasitəsilə hazırlaşır. Orta məktəb nə sosiallaşmağa xidmət edir, nə də insanların fiziki inkişafına, əqli və praktik zəka vərdişlərinin əldə olunmaslna kömək edir. Bunun səbəbi məktəb fəlsəfəsi tamamilə yanlış olmasıdır. Yeni idman infrasturukturu yoxdur, laboratoriya keyfiyyətli vəziyyətdə deyil, kompüterləşmə formal, statistik xarakter daşımağa başlayıb. Bunun uşaqlara müsbət təsiri yoxdur.

Bu gün mənasız dərslərin də sayı, yükü çoxdur. Halbuki müasir biliklərə yiyələnməyə imkan verən dərslərə üstünlük verilməlidir. Həmçinin uşaqlar test üsulu ilə müstəqil düşünə bilən, fikrini ifadə edən obrazda yetişə bilmirlər. Bunlar böyük islahat tələb edən məsələdir. Hesab edirəm ki, daha fundomental islahatlara ehtiyac var".

O, həmçinin, ali məktəblərin tamamilə müstəqilləşməsi və Azərbaycandakı bəzi elm qurumlarının reformasiyasına ehtiyac olduğunu dilə gətirib: "Məsələn AMEA kimi faydasız, fəaliyyətinin heç bir mənası olmayan bir sturukturun daha çox tədqiqat xarakterli sistemə çevrilməsi barədə düşünürəm. Bu gün tədqiqat sahəsinə gedənlərin sayı da çox deyil. Bu sahədə AMEA da artıq elə bir keyfiyyətli elm müəssisəsi kimi fəaliyyət göstərə bilmir. Sadəcə titul və imtiyazlardan ibarət quruma çevrilib. Ona görə də elm sahəsində Azərbaycanda ümumiyyətlə müasir standartlara cavab verməyən vəziyyətdədir.

Universitetlər də təqribən eyni istiqamətdə tədqiqat müəssisələrinə çevrilməlidirlər. Çünki verdiyimiz təhsil baş aldatmaqdan başqa bir şey deyil. Tələbə dörd il Azərbaycan universitetlərində vaxt itirməkdənsə, xaricdə təhsil imkanlarından yararlanır. Ölkəmizdəki təhsil baş girləmə və cəmiyyəti aldatma, diploma həvəsləndirmə vasitəsi olmamalıdır. Bu gün Azərbaycanda yüzlərlə tələbə özəl universitetlərə vaxt itirmək üçün gedir. Orada keçirilən dərslərin səviyyəsi elə də yüksək olmur. Ölkədə demək olar ki, "brend universitet" deyilən anlayış yoxdur. Xaricdən ancaq orada qəbul ola bilməyənlər gəlib bizim universitetlərdə təhsil alırlar. Başlarını qatıb, diplom alıb gedirlər. Millətin gələcəyi üçün bunlar hamımızı düşündürməlidir".

Fazil Mustafa həmçinin, qonşu Türkiyənin gəlib Azərbaycanda ciddi bir özəl Tibb Universiteti açmasını təklif edir:

"Xüsusilə də ölkədəki hüquq və tibb təhsilinə yeni baxış mütləqdir. Azərbaycan Tibb Universiteti bu gün səhiyyəmiz, insanların sağlığı üçün elə də ciddi kadr hazırlığına malik deyil. Ümumiyyətlə, bu yükü götürə biləcək müəssisə deyil. Onun heç bir mənası yoxdur. Burda təhsil almaq vaxt itirmək deməkdir. Kiminsə 5 manat artıq pulu varsa, gedib orada oxuyub, vaxtını öldürür. İmkan yaratmaq lazımdır ki, ən azından qonşu Türkiyə gəlib Azərbaycanda ciddi bir özəl Tibb Universiteti açsın. İnsanların səhhətinə xidmət üçün onların infrasturukturu, avadanlığı ilə daha ciddi təhsil almış, artıq Türkiyədə uzmanlıq keçməsinə ehtiyac olmayan, praktik qabiliyyətli həkim kontingentinin yetişməsinə ehtiyac var.

Həmçinin tibb bacıları sistemini ali təhsil səviyyəsinə qaldırmaq lazımdır. Xarici ölkələrdə tibb bacı və qardaşları hamısı ali təhsilli mütəxəssislər olur. Hətta həkim qədər ümumi bilgiyə sahib olurlar. Bizdə isə bunların sadəcə texnikum səviyyəsində yetişməsi nəzərdə tutulur. Sonradan müxtəlif vasitələrlə haradasa çalışanda da bilgi sahibi olmurlar. Praktik vərdişləri olsa da, ciddi bilgiyə sahib olmurlar. Azərbaycan insanının səhhətini xilas etmək üçün birinci buradan başlamaq lazımdır.

Azərbaycanda hüquq təhsilinə də xüsusi diqqət yetirilməli, alternativ hüquq təhsili mövcud olmalıdır. Çünki xüsusilə də beynəlxalq hüquq sferasında mütəxəssislərinin yetişdirilməsi məcburidir. Onlarla bu cür dəyişim məsələlərini gündəmə gətirmək olar və buna imkan var. Sadəcə Azərbaycanda sanki təhsilin səviyyəsinin aşağı salınması üçün hansısa qaranlıq əllərin böyük bir fəaliyyəti var. Bu da Azərbaycanın gələcəkdə dünya rəqabətində çox bəsirətsiz vəziyyətə düşəcəyinin siqnallarını indidən verir.

Bütün bunları nəzərə alıb deyə bilərəm ki, xüsusi təhsil islahatlarına ehtiyacımız var. Amma hələ ki, Azərbaycanda bu niyyət görünmür".

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar